Modern.az

“Eşşək kimi işləyib”... kimə və niyə deyilir?..

“Eşşək kimi işləyib”... kimə və niyə deyilir?..

21 Aprel 2017, 09:55

“Eşşək kimi işləmək”, “eşşək kimi anqırmaq” və bunun kimi “eşşəkli” digər ifadələr....

Əksəriyyət zaman-zaman bu cür ifadələrə müraciət edir. Belə birləşmələr uşaqdan böyüyə, ziyalıdan fəhləyə kimi hər kəsin dilindədir.

Maraqlıdır, bəs bu söz birləşmələrinin kökü hardan gəlir?

Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Modern.az-a açıqlamasında bildirib ki, bu ifadələr xalq danışıq dilindən gəlir.

“Digər dillərdə olduğu kimi,  Azərbaycan dilində elə ifadələr var ki, canlı varlıqların davranış və əlamətlərinin insanın davranış və  əlamətlərinə uyğunluğu əsasında formalaşıb. Yəni frazeologizmlərin müəyyən bir qismi zoonimlərin məcaziləşməsi  nəticəsində yaranıb. Zoonim komponentli  birləşmələrin bir qismi heyvanların təbii özəlliklərindən qaynaqlanaraq yaransa da,  digər qismi xalqın tarixi, etnoqrafiyası, mifoloji təfəkkürü, eyni zamanda fərdi təxəyyülün məhsulu kimi formalaşıb. Məsələn, “eşşək kimi işləmək” ifadəsi insanın əməyə münasibətini qiymətləndirmək üçün işlədilən frazeologizmdir. Uzunqulaq zəhmətkeş və itaətkar heyvandır. Buna görə də müəyyən dövrdə xalq belə bənzətmələrdən istifadə edib. Eyni zamanda insanın fiziki, əqli göstəricilərini, mənəvi kefiyyətlərini xarakterizə edən ifadələr də var”.

Baba Məhərrəmli belə ifadələri ziyalı insanlara yaraşdırmır. Onun sözlərinə görə, belə birləşmələri ədəbi dil ifadəsi hesab etmək olmaz.



Günay Rəsulqızı

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi