Modern.az

Jirinovskinin riyakarlığı - FAKTLAR

Jirinovskinin riyakarlığı - FAKTLAR

21 Aprel 2017, 11:16

Qalmaqallı rusiyalı siyasətçi Vladimir Jirinovski öz ziddiyyətli və bir-birin inkar edən açıqlamaları ilə seçilir. Xüsusən, Dağlıq Qarabağ münaqişəsi, “erməni soyqırımı” və Türkiyənin regiondakı önəmi ilə bağlı sərt çıxışlar edən siyasətçi bu illər ərzində qeyri-ciddi fiqur olduğunu və həmişə külək əsən tərəfə getdiyini göstərib.

 

Sonuncu açıqlama Rusiya Erməniləri ittifaqının sədri Ara Abramyanın 60 illiyində verilən bəyənatlardır. Jirinovski təbrik çıxışında “Qarabağın müstəqilliyinin tanınması” və “ermənilərin Ağrıdağını geri almaları”nı arzulayıb.

 

Modern.az Vladimir Jirinovskinin Qafqaz regionu, o cümlədən Ermənistan və Azərbaycanla bağlı verdiyi qalmaqallı açıqlamaların tarixçəsinə nəzər salır.

 

2014-cü ilin sentyabrın 26-da o vaxta qədər ermənipərəst sayılan Vladimir Jirinovski Bakıya səfər edir. O, Azərbaycanı Rusiyanın ən yaxın müttəfiqi adlandırır.

“Azərbaycan ən taxın dostumuz və müttəfiqimizdir. İlham Əliyev isə MDB məkanını ən savadlı və yaxşı prezidentidir. Ruslar nə üçün Türkiyəyə istirahətə getməlidirlər. Yaxınımızda Astara və Lənkəran kimi yerlər var”.

 

2016-cı il aprelin 19-da Ermənistanın “Şant” telekanalına müsahibəsi zamanı Jirinovski Türkiyəni təhqir etmişdi.

“Tarixi aspektdən baxsaq, ermənilər ən qədim dövlətdir, xalqdır. Əgər Qarabağın Ermənistanla birləşməsində yarım etsək, onda Azərbaycan Türkiyə ilə yaxınlaşmağa başlayacaq. Türkiyə isə NATO dövlətidir və hamı – ruslar, bolqarlar, yunanlar, ermənilər, kürdlər, suriyalılar və iraqlılar onun düşmənidir.  Türklər hamıya mane olurlar və bu torpaqla yaddırlar. Bu köçərilər Mərkəzi Asiyaya geri dönməlidirlər. Müstəqil Kürdüstanın yaradılmasında yardım etməli və Qərbi Ermənistanı ermənilərə qaytarmaqda yardımçı olmalıyıq. Onda Qarabağ məsələsi avtomatik həll olunacaq. Bu 21-ci əsrin ortaları üçün əsas məqsəddir”.

 

Amma 2016-cı il avqustun 2-də “Layf” telekanalının efirindəki “Vpered” radioproqramına qoşulan Jirinovski Ermənistanda polis alayının binasının silahlılar tərəfindən ələ keçirilməsini sərt şəkildə tənqid etmişdi.

“Tüpürüm Ermənistana. Orada cəmisi 1 milyon erməni qalıb. Ermənistan dağların arasına sıxılmış, Azərbaycan və Türkiyənin arasında qalmış kiçik ölkədir. Əgər bazanı çıxarsaq. Ayağlarımıza düşəcəklər ki. onu geri qaytaraq. Baza onların xilaskarı yoxsa azərbaycanlılar və türklər onları yox edər. Ona görə də, Ermənistan barədə narahat olmaq lazımdır deyil. Onlar bizdən imtina edən deyil, yoxsa bu onların sonu olacaq”.

 

2016-cı ilin noyabrında isə Jirinovski Türkiyə tərəfinin dəvəti ilə bu ölkəyə səfər edir. Türk torpağında rusiyalı siyasətçi iki xalqın böyük qardaşlığından danışırdı. Xarici işlər naziri Mövlud Çavuşoğlu, Ankaranın qubernatoru Ercan Topaca və mer Melik Gökçənlə görüşən Jirinovski Türkiyə televiziyalarının da qonağı olur.

 

“Biz siyasi partiya olaraq Türkiyə və Rusiya arasında münasibətlərin nizamlanmasında yardımçı olmağa hazırıq. Türkiyə ilə 52 ildir ki. məşğul oluram. Perspektivdə bu ölkə NATO-dan çıxacaq və Gömrük İttifaqına üzv olacaq. Türklər bizə həm Belarusdan, həm də Ermənistandan yaxın ölkə olacaqlar”.

 

Vüqar İSMAYILOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir