Modern.az

BANM ATKİNS şirkəti ilə əməkdaşlıq edəcək

BANM ATKİNS şirkəti ilə əməkdaşlıq edəcək

21 Aprel 2017, 11:06

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, Böyük Britaniyanın ATKINS şirkətinin və Birləşmiş KrallığınAzərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov, ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru CeymsTodd və səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri StivinSmit iştirak etdilər.

 

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verdi və bildirdi ki, BANM-inyaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən SOCAR üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlanması olmuşdur. Bu istiqamətdə Ali Məktəb Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərlə yaxın əməkdaşlıq edir.

 

ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru CeymsTodd öz çıxışında qeyd etdi ki, ATKINSGlobal-ınfəaliyyəti çox geniş spektri əhatə edir. Şirkət neft və qaz, bərpaolunan enerji, memarlıq, şəhərsalma və s. sənaye sahələri üçün mühəndislik, layihələndirmə, dənizdə və quruda struktur və geotexniki qiymətləndirmələr vəkonsaltinq xidmətləri göstərir. Hal-hazırda Azərbaycanda BP şirkəti ilə regional müqavilə əsasında fəaliyyət göstərir və “Milliləşdirmə siyasəti”-nə dəstək göstərən şirkətlər arasında yer alır. Bu məqsədlə onlar BANM-lə daha yaxından tanış olub tələbələrin praktik baxımdan inkişafına və gələcək məzunların karyera imkanları ilə təmin olunmasınatöhfə vermək niyyətindədir. Bu dəstək tərəflərin razılığından asılı olaraq müxtəlif formalarda - əməkdaşlıq proqramı, yay məktəbləri, sənaye peşəkarlarının iştirakı ilə qısamüddətli təlimlər və yaxud təqaüdlər formasında təklif oluna bilər.

 

Səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri StivinSmit səfirliyin Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıqda maraq göstərdiyini və bu sahədə fəal çalışdığını vurğuladı. O, BANM-lə Böyük Britaniyanın Heriot-Vatt Universiteti, eləcə də BP və digər bir sıra şirkətlər arasında əlaqələrin mövcudluğundan məmnunluq duyduğunu və bu əlaqələrin daha da genişləndirilməsində səfirlik olaraq hərtərəfli dəstək göstərəcəklərini qeyd etdi.

 

Sonda BANM-lə ATKİNS şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olundu.

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər