25 may 2017, Cümə axşamı
Ana Səhifə - PARLAMENT - Bu deputatlar millət vəkilliyi ilə vidalaşacaqlar...
Bu deputatlar millət vəkilliyi ilə vidalaşacaqlar...
21.04.2017, 11:25

Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur.

 

Bundan sonra isə həmin deputatlar “mən əslində elə demək istəmirdim, fikirlərim yanlş anlaşılıb” ya da “mətbuat fikirlərimi təhrif edib” deməklə özlərinə haqq qazandırmağa çalışır, günahı jurnalistlərin üstünə yıxırlar.

 

Söhbəti konkret olaraq, hansısa deputat üzərində cəmləşdirmək istəmirik. Sadəcə, belə bir məqamda, yəni deputatların qeyri-etik ifadələrinə görə ictimaiyyət onların mandatdan məhrum edilməsi tələbi irəli sürür. Sosial şəbəkələrdə də belə təkliflər, iddilar qeyd edilir.

 

Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.

İclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub.


Bəs deputat səsləndirdiyi yanlış fikirlərə görə, mandatından məhrum oluna bilərmi?
 

Modern.az məsələni hüquqi cəhətdən başqa aspektdən araşdırmağa araşdırmağa çalışıb. Məlum olub ki, yeni qanun layihəsi ötən ilin sentyabrında keçirilən referendumla əlaqədardır. Belə ki, yeni sənəd ümumxalq səsverməsində qəbul olunan bir məsələyə uyğun olaraq hazırlanıb.

 

Əvvəlki Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əsasən, deputatlar aşağıdakı hallarda səlahiyyətlərini itirə və mandatlarından məhrum edilə bilərlər:

 

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

 

2) Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

 

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

 

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

 

5) özü imtina etdikdə.

 

Göründüyü kimi burada Milli Məclis üzvlərinin kobud fikirlərə görə deputat kreslosu ilə vidalaşacağı barədə bənd yoxdur.

 

Lakin 2016-cı ilin 26 sentyabrında Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əlavə ilə bağlı səsverm’yə çıxarılan məsələ seçicilər tərəfindən müsbət qarşılandı.

 

Qeyd edək ki, Referendum Aktında 89-cu maddənin I hissəsinin birinci bəndinə  deputatlarla bağlı aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:

 

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda. 

 

Etik davranış qaydaları ifadəsi özündə çox məqamları ehtiva edir. Heç şübhəsiz ki, bundan sonra deputatlar işlətdikləri qeyri-etik ifadələrə görə parlament kimi mötəbər bir quruma “əlvida” deməli olacaqlar.

 

Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin oktyabrında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, altı ay müddətində Referendum Aktının 1-29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

 

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.

Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir.

Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır.

Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

 

Bildirilib ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.

 

Bununla yanaşı, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik də təklif edilir.

 

Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir.

 

Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur.

 

Deputat parlamentin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Parlament növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.

 

Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə parlamentin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər və ya deputatın etik davranış qaydalarını kobud surətdə pozduğu qənaətinə gəldikdə deputatın mandatdan məhrum edilməsi barədə rəyini Milli Məclisin müzakirəsinə çıxara bilər. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.


Eyni məzmunlu dəyişiklik Seçki Məcəlləsində də edilir. Belə ki, Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə bənd əlavə olunur.

 

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı (Deputatlar səsvermə hüququnu şəxsən həyata keçirirlər-bu maddənin pozulması) və 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Milli Məclisi tərəfindən qəbul edilir.

 

Aqşin KƏRİMOV


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.05.2017, 20:01

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

25.05.2017, 18:51

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25.05.2017, 18:46

Azərbaycanda helikopterlərə texniki xidmət servisi mərkəzi yaradılacaq

25.05.2017, 18:40

Türkiyə ordusu 7 hərbçisini itirdi

25.05.2017, 18:34

Prezident Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25.05.2017, 18:29

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:23

İlham Əliyev Gürcüstan prezidentini təbrik edib

25.05.2017, 18:19

Abbasəli Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

25.05.2017, 18:14

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25.05.2017, 18:10

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:02

Öldürüləndə çantasında bir köynək və diş fırçası olan baş nazir - Tanımadığımız NƏSİB BƏY

25.05.2017, 17:48

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

25.05.2017, 17:45

Putindən İlham Əliyevə TƏBRİK: "Ölkəniz nüfuz qazanıb"

25.05.2017, 17:43

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

25.05.2017, 17:32

Ali məktəbələrə 2-ci qəbul və orta məktəblər üzrə buraxılış imtahanlarının tarixləri AÇIQLANDI

25.05.2017, 17:30

Hesablama Palatasının sədri 2016-cı ildə dövlət büdcəsinin icrası vəziyyətindən DANIŞDI

25.05.2017, 17:23

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olundu

25.05.2017, 17:22

Tanınmışların “Son zəng” XATİRƏLƏRİ: “Məni oynamağa məcbur etdilər”

25.05.2017, 17:21

Təhsil Nazirliyi: “Kurrikulum ləğv oluna bilməz”

25.05.2017, 17:19

“Qazaxıstanın  Beynəlxalq Bankla bağlı narahatlığı üçün heç bir əsas yoxdur”

25.05.2017, 17:01

BMT nümayıəndəsi Qızılağac Qoruğuna səfər etdi

25.05.2017, 17:01

Avtobusda tutulan cibgir polisə təhvil verildi

25.05.2017, 16:57

Müdafiə Nazirliyi: “Ermənistanın şantajı sistematik şəkil allır”

25.05.2017, 16:53

Rumıniya universitetlərinin nümayəndələri BDU-da olub

25.05.2017, 16:51

Naftalanda əsl cəbbəxana aşkarlanıb

25.05.2017, 16:46

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu

25.05.2017, 16:38

“Made in Azerbaijan in 2017" müsabiqəsinin qalibləri açıqlandı

25.05.2017, 16:35

Ziyalılardan Təhsil Nazirliyinə DƏSTƏK: dərs ilinin müddəti uzadılmalıdır!

25.05.2017, 16:25

Prokurorluq “Hürriyyət”in baş redaktoruna xəbərdarlıq etdi

25.05.2017, 16:18

Moskvada terror planlaşdıran 4 İŞİD üzvü saxlanıldı

25.05.2017, 16:09

BDU-da Respublika Günü keçirilib  

25.05.2017, 15:54

Boşanmalar artır - Dövlət Komitəsi: “Biz hələ hər 10 cütlükdən 5-nin qarşısını alırıq”

25.05.2017, 15:50

Müəllimlərin imtahanında ürəyi gedənlər oldu

25.05.2017, 15:48

Olimpiya idman kompleksləri istifadəsiz qalıb?

25.05.2017, 15:47

OPEK ölkələri neft hasilatını dondurmaq haqda RAZILAŞDI

ARXİV