29 aprel 2017, Şənbə
Ana Səhifə - GÜNDƏM - Zakir Həsənovdan Orduya TAPŞIRIQ: düşmənə rahatlıq verməyin!
Zakir Həsənovdan Orduya TAPŞIRIQ: düşmənə rahatlıq verməyin! +
21.04.2017, 11:55

Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Modern.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövrünün birinci rübündə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib.

Təlimlərin nəticələrini də təhlil edən müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan nazir hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.



Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.04.2017, 21:06

Türkiyədə məscid çökdü: 3 ölü

29.04.2017, 20:48

“Gənclərə 18 yaşında deputat olmaq hüququ verilibsə ....” - Deputat

29.04.2017, 20:29

ABŞ-da təyyarə qəzası: 3 ölü

29.04.2017, 20:15

QHT-lərlə bağlı banklara göstəriş verildi

29.04.2017, 20:02

Bülənt Arınç FETO-çularla ilgisindən danışdı – VİDEO

29.04.2017, 18:00

Ucar sakini özünü elektrovozun altına atdı

29.04.2017, 17:50

Dünya Kubokunda daha iki növdə finalçılar müəyyənləşib

29.04.2017, 17:24

İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri  

29.04.2017, 17:00

QHT-lərə şad XƏBƏR - Rüfət Aslanlı ilə razılıq əldə olundu

29.04.2017, 16:45

“Etibar Məmmədov Nəriman Nərimanovu kürsüdən pisləyirdi” - GİZLİ TARİX

29.04.2017, 16:43

Avropa İttifaqının nümayəndəsi: Bakı Şopinq Festivalı yeni brendə çevrilə bilər

29.04.2017, 16:29

Yenə at əti tutuldu - FOTOLAR

29.04.2017, 16:19

Jurnalistin komada olan atasına görə xəstəxanaya 11 min manat borcu var

29.04.2017, 16:06

Qırğızıstanda matəm elan olundu - YENİLƏNİB

29.04.2017, 15:45

Azərbaycanda 82 yaşlı kişi və 69 yaşlı qadın nikaha girib  

29.04.2017, 15:29

Rüfət Aslanlı QHT rəhbərləri və jurnalistləri bir araya yığdı 

29.04.2017, 15:22

Tovuzda Milli Qəhrəmanın büstünün açılışı oldu

29.04.2017, 15:18

Xəzərdən başlayan su səyahəti Azərbaycanın şimal qapısı Qusarda

29.04.2017, 15:12

Bakı ermənisi Heydər Əliyevin məzarı önündə baş əydi - FOTOLAR

29.04.2017, 15:09

Ötən gün yollarda 1 nəfər ölüb, 2 nəfər yaralanıb

29.04.2017, 14:55

Dövlət Baytarlıq Xidməti “Elba”nı biabır etdi – at əti satırmış - QALMAQAL

29.04.2017, 14:38

Ermənistan ifşa edildi – öz PUA-sını vurub

29.04.2017, 14:29

Türkiyədə məscid tikintisi zamanı ÇÖKMƏ: 3 ölü

29.04.2017, 14:26

Bəzi tədris müəssisələrinin səlahiyyətləri azaldıldı  

29.04.2017, 13:57

MTN-in qadın generalı məhkəmədə ifadə verdi  

29.04.2017, 13:51

İlham Əliyev Qətərin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB 

29.04.2017, 13:45

Jirinovski öz yerini sizə verib – azərbaycanlı jurnalistdən Zaxarovaya sərt CAVAB 

29.04.2017, 13:15

İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL

29.04.2017, 12:58

ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO

29.04.2017, 12:47

Bakıda 11 nəfər TUTULDU, xeyli sürücü və piyada CƏRİMƏLƏNDİ  

29.04.2017, 12:44

Sabahın HAVASI– paytaxtda 20 dərəcə isti olacaq

29.04.2017, 12:21

Nardaranda yenə silah-sursat tapıldı

29.04.2017, 12:16

Elçin Quliyevlə Aydın Əliyev Bakı aeroportunu YOXLADI

29.04.2017, 11:53

Ağsu çayında kişi meyiti tapıldı

29.04.2017, 11:45

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ARXİV