Modern.az

Çağdaş Ukrayna şeiri kitabı işıq üzü görüb

Çağdaş Ukrayna şeiri kitabı işıq üzü görüb

21 Aprel 2017, 12:32

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Çağdaş Ukrayna şeiri (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

 

Modern.az xəbər verir ki, kitabda XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr toplanıb.

 

Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edənşeirlərtoplusu dərin poetik yaşantılar –zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bir bütövlük, vəhdət təşkil edir.

 

Şeirləri dilimizə tanınmış Azərbaycan şairləri Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtopraq çevirib.

Kitabın redaktoru Yaşar Əliyev, ön sözün müəllifi Salam Sarvandır. 

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı