27 aprel 2018, Cümə
Ana Səhifə - TƏHSİL - Azərbaycanlı tələbələr: “Biz də əziyyət çəkirik” - PROBLEM
Azərbaycanlı tələbələr: “Biz də əziyyət çəkirik” - PROBLEM
21.04.2017, 12:54

İnsanlar gün ərzində müxtəlif problemlərlə rastlaşırlar. Problemlərin həllində əsas məsələ isə onun düzgün izah edilməsidir.

Bəs, görəsən, universitet tələbələrinin ən çox rastlaşdığı problemlər nələrdir?  

 

Modern.az bununla bağlı Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr arasında sorğu keçirib.

 

Azərbaycan Tibb Universitetinin, Hərbi tibb fakültəsinin III kurs tələbəsi Tusi Məmmədov deyib ki, onu narahat edən əsas problem təhsil sisteminin düzgün qurulmamasıdır.

 

“Nəzər saldığım zaman görürəm ki, çox savadlı müəllimlərimiz, oxumağa can atan tələbələrimiz az da olsa var.  Amma sistem elə qurulub ki, hazırda təhsilimizin səviyyəsi digər ölkələrlə müqayisədə çox aşağıdır.

Həkimlərimizin əksəriyyətinin savadsız olmasını müəllimlərimiz tələbələrin boynuna atırlar ki, oxumurlar. Tələbələr də müəllimləri və kitabları bəhanə edirlər ki, təhsil keyfiyyətsizdir. Amma məncə, sistem düzgün qurulmayıb. Yəni idarəetme düzgün deyil.

Mən şəxsən müəllimlərimdən razıyam. Amma əskik olan çox şey var. Guya Boloniya sistemidir. Amma hələ də Boloniyanın nə olduğunu bilmirik.

Yəni, nəinki hər universitet, universitet daxilində hər kafedra bircür tələbkarlıq edir”.

 

Qərb Universitetinin, Qərb dilləri fakültəsinin, II kurs tələbəsi Fidan Nadirova isə kitabxanalardan şikayətçidir:

 

Tələbə kimi rastlaşdığım problemlərdən biri internetdəki məlumat azlığıdır. Məsələn evə müəllimlər oxumaq üçün mövzu verdikləri zaman internetdə həmin mövzu haqqında informasiya tapmaq olmur. Rus dilində və ingilis dilində informasiya həddən artıq çoxdur lakin Azərbaycan dilində informasiya çox azdır.Bu problemin aradan qaldırılmasını istərdim. Kitabxanalara hər zaman müraciət etmək olmur vaxt azlığı yorğunluq və.s səbəblərə görə.Üstəlik indi texnologiya dövrüdür hər kəs internetdən istifadə edir.

İşsizlik problemi də var. Universiteti bitirən tələbələr rahatlıqla iş tapa bilmirlər. Harasa müraciət edəndə onlardan təcrübə tələb olunur, ikinci bir dil tələb olunur. Amma universitetdə tələbələrə ikinci dil keçirilmir sadəcə olaraq praktikaya göndərilirlər. Praktika kifayət etmir. Məncə universitetlər ikinci bir dil öyrətsələr yaxşı olar. Ali təhsil müəssisələri tələbələrin universitet bitirdikdən sonra  təcrübə əldə etməsi üçün hansısa iş müəssisələri ilə əməkdaşlıq etsələr, bizlər üçün daha yaxşı olar.

 

Bakı Dövlət Universitetinin, Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Günel İsgəndərova:

 

“Tələbələrin zibili hara gəldi atması və partanı yazması məndə aqressiya yaradır. Bu da mənim üçün problemlər sırasına daxil edilə bilər. İnsanların eskalatorda sağ tərəfdə durmalı olduqlarını bilə-bilə bu qaydaya əməl etməmələri, hətta  bununla bağlı kiminsə mənfi şərhinə məruz qaldıqda özlərinə bəraət qazandırmaları, metroda baş verən etikadan kənar hərəkətlər və s. bu kimi hallar da mənə görə bir problemdir.

Bir də ki, əgər qadın və kişi hüquqlarının bərabər olduğunu deyiriksə, qızların gözləri ilə qarşı cinsdən ictimai yerlərdə yer tələb etməsi də, məncə, günümüz üçün aktual problemdir.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin, Mühəndislik fakültəsinin, III kurs tələbəsi Asif Hacızadə isə bildirib ki, ölkədə işsizlik, avtobuslarda olan sıxlıq, avtobus sürücülərinin insanlarla düzgün rəftar etməməsi onun ən çox rastlaşdığı problemlərdir.

 

Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsinin  IV kurs tələbəsi Elmira Nəbiyeva:

 

“Universitetə bir girən sevinir, bir də çıxan deyirlər. Bəzən mənə elə gəlir ki, tələbə sözü problem sözü ilə eynilik təşkil edir. İlk problemlərdən biri dərsliklərdir. Elə dərsliklər olur ki, ancaq kitabxanadan tapmaq olur. Lakin kitabxanada da hər dəfə o kitablar olmur.  Əksərən kitabxanaçılar “yoxdur”  deyir və ya kitablar rus dilində olur. Buna görə sıxıntılar yaşayıram. Özüm təqaüd almıram. Ona görə də kitab almağa əlavə vəsait hər zaman xərcləyə bilmirəm. Bir də dərslərdə davamiyyət problem var.

 

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin IV kurs Leyla Kamal:

 

Tələbə olaraq universitet də rastlaşdığım ən böyük problemim kitablarla bağlı olub. Daha dəqiqini desək, ixtisas f ənlərinə aid kitablarla. Qəbul olduğumuz zaman universitetdə jurnalistika ixtisası ikinci il idi ki fəaliyyət göstərirdi. Bu səbəbdən kitabxanamız lazımi dərs vəsaitləri ilə təmin olunmamışdı. Ancaq illər keçdikcə də bu problem öz həllini tapmadı artıq sonuncu kursdayam. Universitet hələ də ixtisasla bağlı dərs kitabları ilə təciz olunmayıb. Dörd il ərzində müəllimlərimizin digər universitetlərin kitabxanalarından əldə etdiyi kitabları kserks edərək həm gündəlik dərslərə, həm də imtahanlara hazırlaşmışıq. Bu hal isə təbii ki, heç bir tələbə üçün nə maddi nə də tibbi cəhətdən sərfəli deyil. Universitetdə digər problemlərlə rastlaşsam da, mənim üçün ən böyük çətinlik yaradan dərsliklər olub.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin  IV kurs tələbəsi Qoşqar Bəylərov:

 

“Rayondan gələn tələbələr daha çox problemlərlə rastlaşırlar.  Tələbələrin qalması üçün evlərin kirayə qiyməti bahadır. Hətta universitetlərə yaxın yerlərdəki kirayə evlərin aylıq qiyməti daha çox bahadır. Məsələn, Bakı Dövlət Universitetinə daxil olmuş tələbə “Elmlər Akademiyası”  metrostansiyasına yaxın yerdəki evdə qalmaq istəyirsə 300-400 manat pul ödəməlidir.

Onlar 2-3 nəfər olsa belə, yenə də 100-150 manat pul ödəməyə məcbur qalırlar. Tələbə universitetdə yaxşı oxuyub zərbəçi, əlaçı olsa belə,  onun aldığı təqaüd  ev kirayəsini ödəmir, nəinki yaşayışını, yemək-içməyini. 

Məncə bunun həlli üçün ya təqaüdlər qaldırılmalıdır, ya kirayə evlərin qiyməti aşağı salınmalıdır, ya da ki tələbələr tələbə yataqxanalarıyla təmin olunmalıdır”.

 

Tərlan YUSİF


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
27.04.2018, 00:07

Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü

Azərbaycan neftinin SON QİYMƏTİ
27.04.2018, 00:03

Azərbaycan neftinin SON QİYMƏTİ

Tarixi görüş sabah baş tutacaq   
26.04.2018, 23:58

Tarixi görüş sabah baş tutacaq  

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  
26.04.2018, 23:53

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı
26.04.2018, 23:51

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
26.04.2018, 23:48

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
26.04.2018, 23:26

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ
26.04.2018, 23:07

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
26.04.2018, 22:35

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
26.04.2018, 22:29

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı
26.04.2018, 21:51

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
26.04.2018, 21:40

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN

 ABŞ-ın dövlət katibi oldu - Pompeo
26.04.2018, 21:37

 ABŞ-ın dövlət katibi oldu - Pompeo

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
26.04.2018, 21:27

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
26.04.2018, 21:20

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
26.04.2018, 21:12

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 
26.04.2018, 21:06

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 

SOCAR-la BP arasında yeni  saziş imzalandı
26.04.2018, 20:56

SOCAR-la BP arasında yeni  saziş imzalandı

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
26.04.2018, 20:38

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü
26.04.2018, 20:38

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü

Rusiya XİN:
26.04.2018, 18:55

Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
26.04.2018, 18:46

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO

Sabah Bakının 2 rayonunda qaz olmayacaq
26.04.2018, 18:40

Sabah Bakının 2 rayonunda qaz olmayacaq

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
26.04.2018, 18:34

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib

Ölü dənizdə 10 nəfər itkin düşdü
26.04.2018, 18:29

Ölü dənizdə 10 nəfər itkin düşdü

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
26.04.2018, 18:17

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26.04.2018, 18:08

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı   
26.04.2018, 17:56

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı  

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
26.04.2018, 17:48

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  
26.04.2018, 17:46

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
26.04.2018, 17:43

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu   
26.04.2018, 17:40

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu  

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar
26.04.2018, 17:34

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı   
26.04.2018, 17:19

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı  

Manatın sabahkı MƏZƏNNƏSİ 
26.04.2018, 17:18

Manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(4.95%)
İmtahan qiymətləri normalıdr(3.96%)
İmtahan qiymətləri aşağıdır(1.98%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.2%)
İmtahan qiymətləri azaldılmalıdır(4.95%)
İmtahan qiymətləri artırılmalıdır(13.8%)