Modern.az

Azərbaycanlı deputatları ittiham edən sabiq diplomat cavabını aldı

Azərbaycanlı deputatları ittiham edən sabiq diplomat cavabını aldı

21 Aprel 2017, 13:56

Böyük Britaniyanın “Guardian” nəşri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndəliyi haqqında iddia ortaya atıb.

 

Qəzetin yazdığına görə, hazırda dissident kimi fəaliyyət göstərən sabiq Azərbaycan diplomatı Arif Məmmədov rüşvət məqsədilə Avropa Şurası üzvləri üçün 30 milyon avro nəzərdə tutduğunu deyir.

İtaliyalı millət vəkili Luka Volontenin rüşvət almasına dair cinayət işi başlandıqdan sonra isə məsələ aktual xarakter alıb.

 

O, Azərbaycan hökumətindən 2.39 avro rüşvət almaqda ittiham olunur. İddiaya görə, bunun müqabilində o, Azərbaycan hökumətinin mövqeyini Avropa Şurasında dəstəkləyib.

“Guardian” qəzetinin yazdığına görə, bunlarla bağlı Assambleyanın prezidenti Pedro Aqramunta təzyiqlər artmaqdadır.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa Modern.az-a açıqlamasında məsələyə münasibət bildirərkən deyib ki, bu, düşünülmüş bir variantdır.

 

“Heç bir hüquqi əsası yoxdur. Çünki  italiyalı deputat Volonte QHT olaraq müəyyən əməkdaşlıq prosesində iştirak edib. Əlaqələr onun vəzifədə olduğu müddətə təsadüf etmir. Sadəcə, vəzifədən getdiyi müddətdə əlaqələr mövcud olub.  Burada da kriminal və qeyri-hüquqi münasibətlərdən söhbət gedə bilməz”.

 

Deputatın sözlərinə görə, bu məsələni  ermənilər Avropa Şurasında qabardıblar.

 

“Ermənilər hər dəfə  bunu Azərbaycan əleyhinə məsələ kimi gündəmə gətirirlər. Amma bunun heç bir əsası yoxdur. Qərəzli və məqsədyönlü şəkildə birlikdə danışılmış iş prosesidir. Avropa Şurasında  ermənilərlə  əməkdaşlıq edən, onlara dəstək verən qüvvələrin birlikdə çalışmasının nəticəsidir.

“Guardian” qəzeti də onlarla eyni şəbəkədir. Bu məsələni qabartması o deməkdir ki, Azərbaycan əleyhinə belə bir materialın getməsini məqbul sayır”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir