26 may 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - Nazir: “İsrail Lapşinin cəzasını vətənində çəkməsinə çalışacaq”
Nazir: “İsrail Lapşinin cəzasını vətənində çəkməsinə çalışacaq”
21.04.2017, 14:12

İsrail Azərbaycanda həbs olunan bloqer Aleksandr Lapşinin cəzasını vətənində çəkməsinə çalışacaq.

Bunu İsrailin ədliyyə naziri Aelet Şaked Moskvaya səfərinin yekunu üzrə "İnterfaks"a müsahibəsində deyib.

 

O qeyd edib: "Biz həm Rusiya, həm də İsrail vətəndaşı olan Lapşinə kömək etməyə çalışırıq. Əgər hökm oxunsa, biz onun cəzasını İsraildə çəkməsinə səy göstərəcəyik".

 

İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

 

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

 

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

 

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

 

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.

 

Modern.az

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiya Türkiyəyə milyard dollar ödəyəcək
26.05.2018, 23:09

Rusiya Türkiyəyə milyard dollar ödəyəcək

Sumqayıtda qadın vurulan iynədən ölüb
26.05.2018, 22:58

Sumqayıtda qadın vurulan iynədən ölüb

Dünyada hər il 5,4 milyon insanı ilan sancır
26.05.2018, 22:46

Dünyada hər il 5,4 milyon insanı ilan sancır

Bu ölkədə  "YouTube”  qadağan edildi
26.05.2018, 22:27

Bu ölkədə  "YouTube”  qadağan edildi

Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub
26.05.2018, 22:13

Lütfi Zadənin xatirəsinə həsr edilən tamaşanın premyerası olub

Müəllimlərə şad xəbər: maaşları artırılacaq   
26.05.2018, 22:00

Müəllimlərə şad xəbər: maaşları artırılacaq  

Yəməndə milli barışıq elan edilir
26.05.2018, 21:43

Yəməndə milli barışıq elan edilir

Gədəbəydə bıçaqlanma - Yaralı xəstəxanada öldü
26.05.2018, 21:31

Gədəbəydə bıçaqlanma - Yaralı xəstəxanada öldü

Azərbaycan içki ixracını iki dəfə azaldıb
26.05.2018, 21:19

Azərbaycan içki ixracını iki dəfə azaldıb

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib
26.05.2018, 21:00

İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə iştirak edib

Bu ölkədə abortun ləğvi üçün referendum keçirilir
26.05.2018, 20:44

Bu ölkədə abortun ləğvi üçün referendum keçirilir

Türkiyədə AXC-nin 100 illiyi münasibətilə poçt markası buraxılıb
26.05.2018, 20:37

Türkiyədə AXC-nin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Peskov Putinin yuxusuz gecələrindən danışıb
26.05.2018, 20:31

Peskov Putinin yuxusuz gecələrindən danışıb

Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşub - yaralananlar  var 
26.05.2018, 20:19

Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşub - yaralananlar  var 

Ramazanın on birinci gününün – DUASI VƏ TƏQVİMİ
26.05.2018, 20:15

Ramazanın on birinci gününün – DUASI VƏ TƏQVİMİ

Özbəkistan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
26.05.2018, 17:56

Özbəkistan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

AXCP funksionerləri maliyyə fırıldağında ittiham olunur - RƏSMİ
26.05.2018, 17:37

AXCP funksionerləri maliyyə fırıldağında ittiham olunur - RƏSMİ

Ərdoğan avro və dollardan imtina etməyə ÇAĞIRDI
26.05.2018, 17:33

Ərdoğan avro və dollardan imtina etməyə ÇAĞIRDI

İtaliya prezidenti İlham Əliyevi təbrik etdi
26.05.2018, 17:08

İtaliya prezidenti İlham Əliyevi təbrik etdi

Həbsxanada yanğın: 9 uşaq öldü
26.05.2018, 17:02

Həbsxanada yanğın: 9 uşaq öldü

Ailəsi onu axtarır – FOTO
26.05.2018, 16:46

Ailəsi onu axtarır – FOTO

Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı
26.05.2018, 16:30

Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı

Finlandiyanın prezidenti İlham Əliyevi təbrik edib
26.05.2018, 16:23

Finlandiyanın prezidenti İlham Əliyevi təbrik edib

Qızqaçırma adam oğurluğudurmu? - POLEMİKA
26.05.2018, 16:12

Qızqaçırma adam oğurluğudurmu? - POLEMİKA

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü
26.05.2018, 15:52

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ
26.05.2018, 15:41

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Kral ailəsi 70 ildən sonra ilk dəfə...
26.05.2018, 15:20

Kral ailəsi 70 ildən sonra ilk dəfə...

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi
26.05.2018, 15:12

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT
26.05.2018, 14:51

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

Sabah Bakıya yağış yağacaq
26.05.2018, 14:40

Sabah Bakıya yağış yağacaq

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü
26.05.2018, 14:34

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX
26.05.2018, 14:22

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq
26.05.2018, 13:54

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

Ötən gün ölkədə 107 cinayət törədilib
26.05.2018, 13:38

Ötən gün ölkədə 107 cinayət törədilib

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq
26.05.2018, 13:31

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.9%)
Meral Akşener (12.6%)
Rəcəb Tayyip Ərdoğan (57.6%)
Selahattin Demirtaş (1.64%)
Temel Karamollaoğlu (0.54%)
Doğu Perinçek (5.49%)