Modern.az

“Real” və “Barselona”nın keçmiş ulduzları üz-üzə gəlməyə hazırlaşır

“Real” və “Barselona”nın keçmiş ulduzları üz-üzə gəlməyə hazırlaşır

21 Aprel 2017, 14:22

İspaniyanın dünyaca məşhur iki klubu “Barselona” və “Real Madrid” klublarının köhnə ulduz futbolçuları “El Klassiko Legends” (“El Klassiko əfsanələri”) adı altında 28 apreldə Livanın paytaxtı Beyrutda üz-üzə gələcək.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən bildirir.

 

Oyun ”Chamille Chamoun Sports City” stadionunda gerçəkləşəcək.

 

“El Classiko əfsanələri” üçün seçilən Barselona heyətində Ronaldinho, Abidal, Popesku, Zambrotta, Edmilson, Simao Sabrosa, Giuly, Guzman, Angoy, Belletti, Juan Carlos, Nadal, Davids, Mendieta, Goikoetxea, Luis Garcia ve Julio Salinas

“Real Madrid” tərəfində isə, Roberto Karlos, Savio, Julio Llorente, Karembeu, Fernando Sanz, Cesar, Pavon, Morientes, Ruben de la Red, Amavisca ve Rivera çıxış edəcək.

 

“Barselona” ya, Jose Mari Bakero, “Real Madrid” isə Jose Antonio Camacho məşqçilik edəcək.

 

Məcid Əmirov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər