Modern.az

Maliyyə Bazarlarına Nəzarət Palatasından QHT-lərə TƏLƏB: "Qanuna əməl edin!"

Maliyyə Bazarlarına Nəzarət Palatasından QHT-lərə TƏLƏB: "Qanuna əməl edin!"

İqtisadiyyat

21 Aprel 2017, 14:30

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkə QHT-lərini narazı salan məsələyə cavab verib.


“1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Milli Məclis tərəfindən qəbul edilmiş və cənab Prezident tərəfindən imzalanmış Qanunla vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilmişdir”, - deyə Modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.


Rəsmi cavabda daha sonra deyilir:

 

“Biz qanunları icra edirik, müzakirə etmirik. Qeyri-hökumət təşkilatları (QHT) da vergi məqsədi üçün qeydiyyata alınmış hüquqi şəxslər olaraq “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq tələbləri yerinə yetirməlidirlər. QHT-lər və ictimai birliklər ictimai maraqları, şəffaflığı və maliyyə intizamlılığını gücləndirməli və müdafiə etməlidirlər. Hər bir QHT fəaliyyəti zamanı maliyyə əməliyyatlarını şəffaf aparmalıdır”-deyə bildirilib.

 

Palata QHT-ləri təmkinli olmağa və qanunlara qeyd-şərtsiz əməl etməyə dəvət edib.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir