Modern.az

Aprelin 30-da keçirələcək ilk qəbul imtahanlarının buraxılış vərəqələri verilir

Aprelin 30-da keçirələcək ilk qəbul imtahanlarının buraxılış vərəqələri verilir

21 Aprel 2017, 16:09

Aprelin 30-da ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün II-III ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarında iştirak edəcək abituriyentlər artıq buraxılış vərəqəsini ala bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, abituriyentlər imtahana buraxılış vərəqəsini çap etmək üçün //eservices.dim.gov.az/brxvbak/?frm=egov keçidinə daxil olmalıdırlar.

DİM bir daha xəbərdarlıq edib ki, abituriyent imtahana gələrkən aşağıdakı sənədləri mütləq gətirməlidir:


1) şəxsiyyəti təsdiq edən sənədi (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə vəsiqələrini və pasportlarını,
vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2) imtahana buraxılış vərəqəsini

Qeyd:Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan abituriyentlər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri
yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


Dövlət İmtahan Mərkəzinin məlumatına görə, aprelin 30-da keçiriləcək II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanında 35 429 abituriyent iştirak edəcək ki, onlardan da 18677-si II (16609-u Azərbaycan, 2067-si Rus bölməsi), 16752-si isə III  (15478-i Azərbaycan, 1274-ü Rus bölməsi) ixtisas qrupu üzrə sənəd verib. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi