20 yanvar 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirildi
Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirildi
21.04.2017, 17:06

Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib.

 

Gənclər Fondundan Modern.az-a verilən məlumata görə, bütün üzvlərin iştirak etdiyi toplantıda təşkilati məsələlərə baxılıb.

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Müşahidə Şurasının sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev Şura sədrinin müavini, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov isə Şuranın katibi seçilib.

 

İclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Müşahidə Şurasının üzvlərini yeni təyinat münasibəti ilə təbrik edib. Ə. Həsənov gənc nəslin fəal vətəndaş kimi formalaşması, fiziki və intellektual inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Fondun üzərinə düşən vəzifələrlə bağlı tövsiyələrini verib.

 

Sonra 10-cu qrant müsabiqəsinin elan olunması ilə bağlı məsələyə baxılıb. 2012-2016-cı illərdə Fond tərəfindən keçirilmiş 9 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 3341 layihəsinin dəstəkləndiyi, onların həyata keçirilməsi üçün 19 milyon manatadək vəsaitin ayrıldığı bildirilib. Yeni elan ediləcək müsabiqə çərçivəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 13, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 3, “C” kateqoriyası (fərdlərin layihələri) üzrə 14 istiqamətin təklif edildiyi, layihələrin təqdim olunması üçün 21 gün müddətin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Müsabiqənin istiqamətləri sırasına yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin tanıdılması yönündə tədbirlər, gənclər arasında ixtisas seçimi və əmək bazarı haqqında məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə xidmətlərin göstərilməsi, intellektual inkişafa xidmət edən televiziya proqramlarının hazırlanması, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi, sosial xidmət sahələrində könüllü fəaliyyətin təşviqi, islam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər, Azərbaycanın təbliği və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və s. mövzular salınıb. Layihə təkliflərinin 2017-ci il aprelin 24-dən mayın 15-dək qəbul edilməsi qərara alınıb.

 

Müşahidə Şurasının iclasında Fondun icraçı direktoru Fərhad Hacıyev və Aparat rəhbəri Faiq Qürbətov iştirak ediblər.

 

Qeyd edək ki, Müşahidə Şurası Gənclər Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirir. Şuranın 9 üzvündən 5-i dövlət orqanlarını, 4-ü isə gənclər təşkilatlarını təmsil edir. Azərbaycan prezidentinin 2017-ci il 4 mart tarixli sərəncamı ilə aşağıdakı şəxslər Müşahidə Şurasının üzvü təyin olunublar:

 

dövlət orqanlarından

 

Tahir Süleymanov - Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

 

İntiqam Babayev - gənclər və idman nazirinin müavini

 

Ceyhun Bayramov - təhsil nazirinin müavini

 

Rafiq Bayramov - Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri

 

Cavid Məmmədov - Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

 

gənclər təşkilatlarından

 

Nurəddin Mehdiyev - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf

Assosiasiyasının sədri

 

Mirhəsən Seyidov - “İrəli” İctimai Birliyinin sədri

 

Seymur Hüseynov - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

 

Seymur Orucov - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Salyan sakini bıçaqlanıb
20.01.2018, 16:50

Salyan sakini bıçaqlanıb

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi
20.01.2018, 16:37

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”
20.01.2018, 16:28

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

Yerevanda yeni etiraz aksiyası keçiriləcək
20.01.2018, 16:17

Yerevanda yeni etiraz aksiyası keçiriləcək

20 Yanvarı xatırlarkən...
20.01.2018, 16:05

20 Yanvarı xatırlarkən...

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib
20.01.2018, 15:52

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  
20.01.2018, 15:38

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  

Hamilə ana öldü, körpəsi tabutda doğuldu
20.01.2018, 15:26

Hamilə ana öldü, körpəsi tabutda doğuldu

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə   
20.01.2018, 15:16

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə  

Azadlığa can vermişik...
20.01.2018, 15:07

Azadlığa can vermişik...

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev   
20.01.2018, 15:00

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev  

Sarkisyan Fransaya gedir   
20.01.2018, 14:45

Sarkisyan Fransaya gedir  

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ   
20.01.2018, 14:33

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ  

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb
20.01.2018, 14:12

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb

Bu gecə...   
20.01.2018, 14:04

Bu gecə...  

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”
20.01.2018, 14:02

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ
20.01.2018, 13:50

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ

20 yanvar hadisəsini yayan ilk qəzet - Bilinməyən HƏQİQƏT
20.01.2018, 13:28

20 yanvar hadisəsini yayan ilk qəzet - Bilinməyən HƏQİQƏT

Şəhidlər Xiyabanına axın... - FOTOLAR   
20.01.2018, 13:22

Şəhidlər Xiyabanına axın... - FOTOLAR  

Bakıda maşın oğruları tutuldu
20.01.2018, 13:17

Bakıda maşın oğruları tutuldu

Sabah hava necə olacaq? - PROQNOZ   
20.01.2018, 13:04

Sabah hava necə olacaq? - PROQNOZ  

Bakının məşhur qonaqları - Bircə mahnı ilə bütün Azərbaycanda məşhurlaşan kərküklü JURNALİST
20.01.2018, 12:37

Bakının məşhur qonaqları - Bircə mahnı ilə bütün Azərbaycanda məşhurlaşan kərküklü JURNALİST

Atəş açdı - qohumunu yaraladı
20.01.2018, 12:16

Atəş açdı - qohumunu yaraladı

Vahid Əhmədov şikayətləri dinlədi
20.01.2018, 12:09

Vahid Əhmədov şikayətləri dinlədi

Ucarda ata-oğul bıçaqlandı - bir ölü...
20.01.2018, 12:06

Ucarda ata-oğul bıçaqlandı - bir ölü...

Əkbər Qoşalıya ağır itki üz verdi
20.01.2018, 11:59

Əkbər Qoşalıya ağır itki üz verdi

Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək
20.01.2018, 11:54

Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək

Şamaxıda ərlə arvada qarşı zor işlədib, 12 min manat, 3 min dollar, 100 min rubl oğurladılar      
20.01.2018, 11:49

Şamaxıda ərlə arvada qarşı zor işlədib, 12 min manat, 3 min dollar, 100 min rubl oğurladılar    

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı
20.01.2018, 11:37

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı

Bakının mərkəzindəki yanğın söndürüldü
20.01.2018, 11:34

Bakının mərkəzindəki yanğın söndürüldü

O günləri xatırladan və yaşadan YAZI
20.01.2018, 11:28

O günləri xatırladan və yaşadan YAZI

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”
20.01.2018, 11:15

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı
20.01.2018, 11:11

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı
20.01.2018, 10:59

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək
20.01.2018, 10:52

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(37.5%)
SOCAR(16.6%)
Azersun Holding(12.5%)
Azercell(4.16%)
Bakcell(16.6%)
Nar mobile(0%)
Gilan Holdinq(4.16%)
Nurgun Group(0%)
Paşa Holding(4.16%)
Akkord(4.16%)