Modern.az

Azərbaycanlı deputatlar Çexiyaya gedirlər

Azərbaycanlı deputatlar Çexiyaya gedirlər

21 Aprel 2017, 17:37

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Mahir Aslanov, İqbal Məmmədov, Elçin Quliyev Çexiya Parlamentinin Kənd Təsərrüfatı Komitəsinin sədri Yaroslav Faltinekin dəvəti ilə martın 23-dən 26-dək  Çexiyanın  paytaxtı Praqaya  səfərə gedəcəklər.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, səfər zamanı deputatlar Çexiya Parlamentinin rəhbərliyi, Aqrar komitənin üzvləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə kənd təsərrüfatı sahəsinin qanunverilicik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq, habelə əməkdaşlıq  əlaqələrinin inkişafı barədə danışılacaq.

 

Millət vəkilləri, həmçinin Çexiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış müxtəlif  şirkətlərinin, o cümlədən “AGROFERT” konserninin fəaliyyəti, iş təcrübəsi ilə yaxından tanış olacaqlar. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı