Modern.az

Artur Rasizadə yenindən Neft Fondunun Müşahidə Şurasına sədr seçildi  

 Artur Rasizadə yenindən Neft Fondunun Müşahidə Şurasına sədr seçildi    

Aktual

21 Aprel 2017, 17:51

Bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Fonddan Modern.az-a verilən məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb.

Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib və ARDNF-nin 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Baş nazir A.Rasi-adə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!