Modern.az

Lənkəranda qəza: sərhədçi öldü

Lənkəranda qəza: sərhədçi öldü

21 Aprel 2017, 18:41

Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb.  Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus "UAZ" markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən baş leytenant, 1991-ci il təvəllüdlü Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı