Modern.az

Universitetdə kütləvi dava: tələbə bıçaqlandı

Universitetdə kütləvi dava: tələbə bıçaqlandı

Aktual

21 Aprel 2017, 20:02

Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində kütləvi dava olub. Modern.az "Report"a istinadən xəbər verir ki, universitetin qarşısında düşən kütləvi davada tələbələrdən biri bıçaqlanıb. Astara rayon sakini, 1997-ci il təvəllüdlü Valeh Əli oğlu Şirəlizadə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Tələbənin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir