23 iyun 2017, Cümə
Ana Səhifə - GÜNDƏM - Uğrunda çalışıb-vuruşduğumuz Lenin “baba”nın sərgüzəştləri - MARAQLI
Uğrunda çalışıb-vuruşduğumuz Lenin “baba”nın sərgüzəştləri - MARAQLI
21.04.2017, 21:29

İlham Cəmiloğlu


Onun böyük şəxsiyyət olması danılmaz faktdır. Təbii ki, dünyanın siyasi mənzərəsinə yenilik gətirmək, ilk kommunist dövləti yaratmaq Vladimir İliç Leninin dahiliyinin nəticəsi olub.

Aprelin 22-si Vladimir İliç Leninin ad günüdür. Modern.az saytı bu yazıda Leninlə bağlı çoxlarının bilmədiyi məsələlərdən bəhs edəcək.

Uzun illər Vladimir İliçi bizlərə ideal rəhbər kimitəqdim ediblər. Daha doğrusu Lenin sovetlər dönəmində yaşayan insanların yaddaşında çiyinlərində şalban daşıyan, Azərbaycandan göndərilən alma sovqatını kimsəsiz uşaqlarla bölüşən, fəhlələrin və kəndlilərin təəssübünü çəkən bir rəhbər kimi qalıb. Oktyabryat, pioner, komsomol sıralarına keçəndə milyonlarla insan Lenin ideyalarına öz sevgisini, sədaqətini nümayiş etdirib. Bəzi insanlar sovet ideologiyasının təsiri və təzyiqi altında “Leninçi” adını daşısalar da, böyük əksəriyyətin dahi rəhbərə sevgisi tam səmimi olub. Ancaq zaman keçdikcə, arxivlər açıldıqca Lenin “baba”nın da görünməyən, bilinməyən üzləri açılıb.

Bu da bir danılmaz faktdır ki, Vladimir İliç özünün yaratdığı dövlətə uzun müddət rəhbərlik edə bilməyib. Artıq 1922-ci ildən Lenin demək olar ki, öz vəzifəsinin icrasından təcrid olunub.

 Valdimir İliç Leninin ömrünün son illərində Stalin hakimiyyətə sahib olmaq uğrunda bütün vasitələrə əl atıb. Hətta o, hakimiyyəti ələ keçirmək üçün proletariatın rəhbərini bütün siyasi proseslərdən təcrid edərək, həbs vəziyyətində saxlayıb.

1922-ci ilin may ayında bolşeviklərin lideri Leninin beyninə qan sızması Kremldə gərgin vəziyyət yaradıb. Hakimiyyət uğrunda amansız mübarizə pik həddə çatıb. Leninin silahdaşları, xüsusilə, Trotski həmin vaxt çox populyar olub. Fikir ayrılıqları və siyasi çəkişmələr kəskin şəkildə özünü büruzə verib.

Bu məsələdə Lenin fikrini açıq bildirib, Stalinin partiyaya rəhbərlik etmə bacarığına şübhə ilə yanaşdığını ifadə edib (o zaman Stalin hələ yenicə partiyanın baş katibi seçilmişdi). Lenin 1922-ci ilin noyabrında Siyasi Büronun üzvlərinə müraciət edərək, Stalini açıq şəkildə tənqid etməkdən çəkinməyib. Stalin bu tənqidlə bağlı daxilində son qərarını verib: “Leninə münasibətdə sərtlik göstərməyin vaxtı çatıb”.

Sövdələşmələr nəticəsində 30 dekabr 1922-ci ildə partiyanın Mərkəzi Komitəsi şəxsən Stalinin qarşısında Lenini partiya yoldaşları ilə birbaşa əlaqə saxlama imkanından məhrum etmək və onlarla yazışmağa qadağa qoymaq, ümumilikdə proletariatın rəhbərini siyasi proseslərdən təcrid etmək məsələsini qaldırıblar. Mərkəzi Komitə belə bir qərar qəbul edib ki, yalnız Stalinin müvafiq icazəsindən sonra və həkimlər buna öz razılıqlarını bildirdikləri hallarda Leninə partiyanın rəhbər instansiyalarının qərarları haqqında məlumat vermək olar.

Beləliklə, Leninin taleyi Stalinin iradəsindən asılı vəziyyətə düşüb, inqilabın rəhbərləri isə həmin vaxt bu situasiyaya qarışmağa çox da cəhd göstərməyiblər. Mövcud vəziyyətdə o cümlədən Trotskinin də cəhdləri mənasız olub.


1922-ci il dekabrın 21-də Lenin həyat yoldaşına Trotskiyə ünvanlanmış məktubu yazmağı xahiş edib. Məktubda bu sətirlər öz əksini tapıb: “Mən laqeyd qalmamağı və Stalinə qarşı hücumu davam etdirməyi təklif edirəm”. Lenin həmçinin məktubda Trotskidən ona telefonla cavab verməsini də xahiş edib. Çox maraqlı və qəribə bir faktdır ki, Trotski gecənin bir aləmi həmin məktubun məzmunu haqqında Siyasi Büronun digər bir üzvü Kamenevə məlumat verib və ondan xahiş edib ki, bu barədə Stalini məlumatlandırsın.

Məktubun məzmunundan xəbərdar olan Stalin hədsiz dərəcədə qəzəblənib: “Qoca (Stalin Leninə belə ləqəb qoyub) qadağaya baxmayaraq, Trotskiyə necə məktub göndərə bilib?”. Daha sonra Stalin Leninin həyat yoldaşına zəng edərək onu təhqir edib və intizamsızlığa görə cəzalandırmaqla hədələyib. Krupskaya bu haqda Leninə heç nə deməyib.

Dekabrın 22-dən 23-nə keçən gecə növbəti dəfə Leninin beyninə qan sızanda o, Stalin tərəfindən göstərilən təzyiqdən şikayətlənərək yalvarıb ki, onu şəxsi həyatına edilən bu kobud müdaxilədən, eləcə də təhqir və nalayiq hədə-qorxudan müdafiə etsinlər. Lakin bu etirazların Kremldəki vəziyyətə heç bir təsiri olmayıb. İflic olmuş və yorğan-döşəyə düşmüş Lenin Stalinin iradəsindən asılı olaraq qalmaqda davam edib.

1923-cü il dekabrın 23-də ölümünün yaxınlaşdığını hiss edən Lenin katibəyə öz şəxsi siyasi vəsiyyətinin birinci hissəsini, qurultaya göndərəcəyi məktubu diqtə edib. Həmin məktubda Lenin partiyanın Mərkəzi Komitəsinin heyətinin genişləndirməyi təklifini irəli sürüb. Katibə qız həmin məktubu dərhal Stalinə təhvil verib. Məktubu oxuyan Stalin Leninin səhhəti ilə maraqlanıb, daha sonra soyuqqanlı şəkildə katibəyə əmr edib: “Yandırın məktubu!”. Qız əmri yerinə yetirsə də, Leninin seyfində həmin məktubun dörd əlavə nüsxəsinin saxlanması faktını Stalindən gizlədib.

24 dekabrda, “Qoca” öz məktublarını diqtə etməyə davam edən vaxt Stalin həkimlərin müşavirəsini keçirib və Siyasi Büronun adından onları aşağıdakı qərarı qəbul etməyə məcbur edib:

“Lenin hər 5-10 dəqiqədən bir diqtə etmək hüququna malikdir, lakin onun diqtə etdiyi qeydlər məktub xarakterinə malik olmamalıdır və o öz göndərdiklərinə cavab gözləməməlidir. Dostları və yaxın qohumları Leninə siyasi xarakterli heç bir xəbər çatdırmamalıdırlar”.

Elə həmin gün Lenin öz məktubunda aşağıdakı məzmunda qeydlərini diqtə edib: “Baş katib vəzifəsinə gələn Stalin öz əlində qeyri-məhdud hakimiyyət cəmləşdirmişdir və mən onun bu hakimiyyətdən kifayət qədər ehtiyatla istifadə edəcəyinə əmin deyiləm”.

Bununla da Lenin həmin hüdudsuz səlahiyyətləri məhdudlaşdırmağın və Stalini öz vəzifəsindən azad etməyin zəruriliyini vacib sayıb. Ancaq nə fayda...


21 yanvar 1924-cü ildə Lenin vəfat edəndə Stalin Roma imperiyasına layiq təntənəli dəfn mərasimi hazırlamağı əmr edib. Ən populyar bolşevik sayılan Lev Trotski dəfn mərasimində iştirak etməyib. Stalinin teleqramında dəfn mərasiminin tarixi qəsdən səhv göstərilməsəydi, Trotski orada iştirak edə biləcəkdi. Lenin vəfat edən vaxt Trotski Tiflisdə olub və Stalin ona məlumat verib ki, dəfn şənbə günü olacaq. Trotski bu müddətdə Moskvaya qayıda bilməyəcəyini başa düşərək, Tiflisdə qalmağa qərar verib. Halbuki əslində, dəfn bazar gününə, 27 yanvara təyin edilmişdi.

Stalinin fikrincə, proletariatın rəhbərini şüşə tabuta qoymaqla Lenin xalqın sitayiş etməli olduğu Allaha çevrilib. Bu isə Stalinə sərf edirdi. Leninin mavzoleydə uyuması Stalinə özünü yeni canlı Allaha çevirməyə və Kremldə öz şəxsi diktaturasını qurmağa tam şərait yaradırdı.

Artıq 93 ildir ki, Vladimir İliç Lenin Rusiya paytaxtının baş meydanındakı Mavzoleyə şəriksiz sahiblik edir. 1953-cü ildən İosif Stalin Mavzoleyi Leninlə bölüşsə də, Nikita Xruşovun təkidi ilə 1961-ci ildə Stalin mavzoleydən çıxarılaraq yenidən mütləq sahibinin ixtiyarına verilib. 

Bəlkə də SSRİ rəhbərlərinin hər birinin ürəyindən Mavzoleydə uyumaq arzusu keçib. Ancaq bu arzuların heç biri reallaşmayıb. Məşhur lətifədə deyildiyi kimi:

Bir gün Brejnev nəvəsi ilə Mavzoleyə gəlir. İçəri keçdikdən sonra nəvəsi Brejnevdən soruşur:

- Baba, sən də öləndən sonra burda yaşayacaqsan?

-          

Brejnev inamla deyir:

- Əlbəttə...

Sözünün ardını deməyə imkan tapmamış Brejnev Leninin əsəbi səsini eşidir:

- Lyonka, bura sizin üçün yataqxana deyil.

Vladimir İliç Leninin ölümündən sonra Mavzoleydəki 93 illik “həyat”ı çox da sakit ötüşməyib. Bu illər ərzində proletariatın rəhbərinin cəsədini tez-tez narahat ediblər.


1924-cü ilin yanvarın 21-də Leninin vəfatından sonra ölkədə gündəmdə olan ən vacib məsələlərdən biri rəhbərin adının əbədiləşdirilməsi olub. Söhbət təkcə onun şərəfinə abidə ucaltmaqdan, küçə, məktəb adı qoymaqdan getməyib. Leninin cəsədinin açıq şəkildə saxlanılması, rəhbərin qəbrinin yerləşdirilməsi üçün yerin müəyyənləşdirilməsi partiya qarşısında icrası təxirəsalınmaz olan məsələyə çevrilib. Digər bir tərəfdən Mərkəzi Komitəyə ünvanlanan şoxsaylı teleqramlar və məktublar bu məsələnin həllinin xalqın tələbləri səviyyəsində həyata keçirilməsi zərurətini yaradıb.

Bu məqsədlə xüsusi komissiya yaradılıb. Qərara alınıb ki, Qızıl meydanda xüsusi Mavzoley tikilsin və Leninin açıq qəbri onun adını daşıyacaq Mavzoleydə saxlanılsın.

Dövrün siyasətçiləri arasında yeganə olaraq Trotski Leninin məhz bu cür əbədiləşdirilməsinə qarşı çıxaraq, bu işi ağılsızlıq adlandırıb.

Stalin isə Mavzoleyin yaradılmasının, Leninin cəsədinin açıq şəkildə saxlanılmasının tərəfdarı olub. Mavzoleyin açılışından sonra Stalin çıxışlarının birində bu məsələnin vacibliyini xüsusi qeyd edib:

“Siz bu günlərdə şahidi oldunuz ki, Mavzoleyi ziyarət edənlərin sayı yüz minlərlədir. Bu say getdikcə artacaq. Dünyanın ən uzaq yerlərindən belə, milyonlarla insanlar bura ziyarətə gələcəklər. Bəşəriyyət bir daha şahidi olacaq ki, Lenin təkcə rus proletariatının, Avropa fəhlələrinin deyil, bütün dünya zəhmətkeşlərinin rəhbəridir”.

Mavzoleyin layihəsinin hazırlanması arxitektor Aleksey Şusevə həvalə olunub. Layihənin hazırlanmasına bir gecə, tikintiyə isə üç gün vaxt sərf olunub. Mavzoley ilk dəfə kub şəklində ağacdan tikilib.

Tikintidən sonra Leninin cəsədinin açıq şəkildə saxlanılması və Mavzoleydəki qəbrin hansı formada olacağı barədə qərarlar qəbul olunub. Nəhayət, iki aydan sonra Leninin meyitinin balzamlaşdırılması kimyaçı alim Boris Zbarskiyə və xarkovlu anatom Vladimir Vorobyova tapşırılıb. Vorobyov əvvəl bu işdən imtina etmək istəyib. Aradan ötən iki ay müddətində cəsəddəki çürümələr bir anatom kimi onda narahatlıq yaradıb və o meyitin balzamlaşdırılması prosesinin alınacağına şübhə ilə yanaşıb. Ancaq həmkarının inamlı təkidindən sonra razılıq verib.

Alimlər istər elmi, istərsə də siyasi cəhətdən olduqca mürəkkəb və həm də məsuliyyətli olan bu işin üzərində dörd ay çalışıblar. Son nəticədə onlar meyitin tam həcmini, formasını, toxuma strukturlarını saxlamaqla Lenini balzamlaşdırmağa nail olublar. İyulun 26-da dövlət komissiyası rəhbərin cəsədinə baxış keçirərək alimlərin işini yüksək qiymətləndiriblər.

Ağacdan tikilmiş Mavzoleydə temperaturu, rütubəti normal saxlamaq çətinlik yaratdığına və belə qeyri-sabit hava şəraitinin Leninin cəsədində problem yaradacağına görə, 1929-cu ildə Mavzoley öz formasını saxlamaq şərtilə daşdan tikilib.

Mavzoleydə fəxri qaravulun yaradılması ilə bağlı Moskva Hərbi Qarnizonunun rəisi 26 yanvar 1924-cü ildə xüsusi əmr imzalayıb.
 
Yalnız uzun illər sonra - 6 oktyabr 1993-cü ildə isə Moskva Baş Mühafizə İdarəsinin rəisinin əmri ilə Mavzoleydəki qaravul xidməti ləğv olunub.

Leninin cəsədini daim nəzarətdə saxlamaq üşün SSRİ Səhiyyə Nazirliyində xüsusi elmi-tədqiqat laboratoriyası yaradılıb. Mütəxəssislərin son rəylərinə görə, Leninin cəsədi hələ bu gündən sonra da neçə onilliklər öz formasını itirməyəcək.

Böyük Vətən Müharibəsi illərində Leninin cəsədi Tümenə köçürülüb. Tümendə cəsəd Dövlət Kənd Təsərrüfatı Akademiyasının binasının ikinci mərtəbəsində auditoriyada saxlanılıb. 1945-ci ilin aprel ayında isə yenidən Mockvaya Mavzoleyə qaytarılıb.

Ötən 93 il ərzində dəfələrlə Mavzoleyi partlatmağa, Leninin cəsədini zədələməyə, bir sözlə SSRİ-nin qurucusuna qarşı sui-qəsdlərə cəhd olunub.

19 mart 1934-cü ildə Nikitin Mitrofon adlı şəxs Leninin cəsədinə atəş açmağa cəhd göstərib. Mühafizəçilər vaxtında hadisənin qarşısını ala biliblər. Ancaq Nikitin Mitrofon özünü güllələməyə imkan tapıb. Sonradan onun cibindən partiya və hökumətə qarşı yazılmış məktub çıxıb.

20 mart 1959-cu ildə Mavzoleyə ziyarətə gələnlərdən biri çəkiclə qəbrin üstündəki şüşə lövhəni sındırıb. Amma cəsəd zədələnməyib.

14 iyul 1960-cı ildə Frunze şəhərinin sakini Minibaeyev Mavzoleydə olarkən güclü ayaq zərbəsi ilə qəbrin üzərindəki şüşəni sındırıb. Şüşə qırıntıları Leninin cəsədinin zədələyib. Bərpa işləri üçün Mavzoley həmin ilin avqust ayının 15-nə qədər bağlanıb.

9 sentyabr 1961-ci ildə ziyarətə gələn Smirnova soyadlı qadın cəsədin üstünə tüpürüb və əl yaylığına bükülmüş daşla onu zədələmək istəyib. Mühafizəçilər hadisənin qarşısını alıblar.

1967-ci ilin sentyabr ayında Kaunas sakini Krısnov Mavzoleyin girişində əldə düzəldilmiş partlayıcını partladıb. Nəticədə özü və ziyarətə gələnlərdən iki nəfər ölüb. Leninin bəxti isə bu dəfə də gətirib.

1973-cü ildə Mavzoleydə baş verən hadisələr nəzərə alınaraq cəsədin yerləşdirildiyi qəbrin üstü güllə keçirməyən şüşə ilə bağlanıb.

Buna baxmayaraq, cəsədə qarşı təcavüzlər ara verməyib. 1 sentyabr 1973-cü ildə Mavzoleydə növbəti partlayış səsi eşidilib. Nəticədə partlayışı törədən və gənc ər-arvad ölüb, bir neçə nəfər yaralanıb. Leininin cəsədinə zədə toxunmayıb.

2000-ci illərdə də belə hadisələr bir neçə dəfə təkrar olunub.

SSRİ dağıldıqdan sonra Leninin cəsədinin Mavzoleydə saxlanılması haqqında müxtəlif fikirlər səslənib. Və o illərdən fərqli olaraq bu gün Mavzoleyə olan maraq da xeyli azalıb. Zaman keçdikcə, bu marağın azalması insanda Leninin sahibsiz olması kimi təəssürat yaradır. Bu da bir reallıqdır. Çünki Leninin sahibi, özünün sahib olduğu SSRİ idi. Bu məsələdə də məşhur bir lətifə yada düşür:

Günlərin birində bir gürcü Moskvaya gəlir. Uzun-uzadı növbədən sonra Mavzoleyə daxil olur. Leninin cəsədinin yanından ötdükdən sonra diqqətlə Mavzoleyin o tərəf-bu tərəfinə göz gəzdirir və mühafizəçidən soruşur:

- Burda bir bığlı kişi var idi, hardadı o?

Mühafizəçi gürcünün bu sayaq sualına ciddi görkəmdə, ancaq zarafatla cavab verir:

- Bığlı kişiyə sahib çıxanlar çox oldu və götürüb apardılar.

Gürcü başını bulaya-bulaya Leninin cəsədinə işarə edir:

- Bəs bu yazığın sahibi yoxdur, yetimdir?

Lətifə olsa da, bir az da həqiqət var.

Vladimir İliç sağlığında yəqin ağlına gətirməyib ki, nə vaxtsa ən gizli əməlləri belə üzə çıxacaq. Sən demə, böyük şəxsiyyətlərin də utanc gətirən əməlləri olurmuş. Sən demə, Vladimir İliçin seksual orentasiyasında əməlli-başlı dəyişikliklər varmış.

Tarixçi alim Sokolovun arxiv araşdırmalarına nəzər yetirəndə Leninin homoseksual olmasına qətiyyən şübhə yeri qalmır. Tarixçinin qənaətinə görə, Vladimir İliç öz yatağını əsasən məşhur inqilabçılar Zinovyev və Trotski ilə bölüşüb.

Siyasi büronun üzvü, Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Qriqori Zinovyevin arxivindən tapılan məktublar Leninlə bağlı bir çox mətləblərə aydınlıq gətirib. 1917-ci il iyul ayının 1-də Leninin Zinovyevə yazdığı məktubda bu sətirlər diqqəti cəlb edir:

“Qriqori! Vəziyyət elə gətirib ki, mən təcili Petroqradı tərk etməliyəm. Vacib işlərimə görə uzağa gedə bilmərəm. Yoldaşlar yaxınlıqda mənə bir yer təklif ediblər. Həmin yer tam təhlükəsizdir. Amma ora tək mənim üçün darıxdırıcı olacaq. Özü də belə bir vəziyyətimdə. Gəl mənimlə birlikdə gedək, hamının nəzərindən uzaqda möcüzəli günlər keçirək. Gələ bilsən təcili mənə zəng vur, mən göstəriş verim ki, iki nəfərlik yer düzəltsinlər”.

Zinovyev rəhbərin çağırışından imtina etməyib. Onlar Razlivdə öz “xoşbəxt” günlərini yaşayıblar.

Cütlüyə mane olan əsas şəxs Nadejda Krupuskaya olub. Zinovyevin Leninə məktublarının birində də bu öz əksini tapıb:

“Yadındadır biz Cenevədə olanda bu qadından necə gizlənirdik. Bizi, bizim hisslərimizi, bir-birimizə bağlılığımızı heç kim başa düşə bilməz. Tez qayıt gəl, gözləyirəm səni mənim çiçəyim. Sənin Qerşelin” (Zinovyevin əsl adı Qerş olub).

Digər bir məktubda Zinovyev fikirlərini daha açıq ifadə edib:

“İliç, bütün tapşırıqlarını yerinə yetirmişəm. Burda mənim üçün çox çətindi. Ürəyimi ancaq onunla isidirəm ki, yaxın günlərdə səni görəcəm. Sən bizim yuvamızı saxlamısanmı? Ora başqa adam aparmırsan ki? Mən çox həyəcan keçirirəm, yalnız sənin sədaqətinə olan ümidim məni isidir. Öpürəm. Sənin Qerşelin”.

Lenin-Zinovyev cütlüyünün arasında qısqanclıq da hökm sürüb, bəzən bu qısqanclığa görə umu-küsü də baş verib. Belə küsülülüklərin birində barışmaq üçün ilk addımı Lenin atıb və Zinovyevə nədənsə alman dilində məktub yazıb:

“Əziz Qerşel! Sən gərək məndən inciməyəsən. Mən hiss edirəm ki, Qafqaza gəlməyini qəsdən gecikdirirsən. Yəqin ki, məndən çox incimisən. Bilirəm bunlar nəyə görədir. O ki, qaldı Trotski ilə mənim yaxınlığıma bu, bir dəfə oldu və daha təkrar olmayacaq. Səni gözləyirəm, biz öz möcüzəli yuvamızda barışacağıq. Sənin Vovan”.

Zinovyev bu məktubla sakitləşməyib və Leninə ağır ittihamlarla cavab yazıb:

“İliç, mənim şübhələrim əsassız deyil. Hamı yaxşı görür ki, son vaxtlar sən onun ətrafında necə fırlanırsan. Mən səni yaxşı görürəm və səni kifayət qədər də yaxşı tanıyıram ki, sənin haqqında fikir söyləyim. Mən çox yaxşı bilirəm ki, böyük “aləti” olan kişiləri görəndə sənin gözlərin necə alışıb yanır. Sən özün həmişə deyirdin ki, balaca fiqurlu kişilərin böyük “aləti” olur. Mən kor deyiləm, hiss edirəm ki, onunla yaşadığın romana görə bizim sevgini unutmağa hazırsan”.

Leninlə Zinovyevin arasındakı “sevgi” macəralarını Krupuskaya təfsilatı ilə bilib. O, Cenevədə öz gözləri ilə onların yataq oyunlarının şahidi olub. Krupuskaya bu utanc əməllərə qarşı mübarizə aparmaqda cıxış yolu tapmadığından susmağa üstünlük verib.

Tarixçi alim Sokolov öz tədqiqatlarından belə bir qənaətə gəlib ki, Lenin passiv, Zinovyev aktiv homoseksual olub.

70-ci illərdə Moskvada doğulmuş, milliyətcə erməni olan yazıçı Marietta Şaqinyan Lenin haqqında kitab yazanda bütün arxivlərə buraxılışı olub. O da Leninin seksual opientasiyası ilə bağlı bir sıra arxiv materialları əldə edib və bu haqda Brejnevi məlumatlandırmaq üçün ona məktub yazıb. Brejnev bu məsələni yaxın ətrafı ilə müzakirə edib. O dövrdə SSRİ-nin baş ideoloqu sayılan Suslovu bu xəbər dəhşətli dərəcədə sarsıdıb. Suslov təklif edib ki, Marietta Şaqinyanı aradan götürtmək lazımdır. Brejnev isə məsələni başqa cür həll edib. O erməni yazıçısını Lenin haqqında kitab yazdığına görə dövlət mükafatı və mənzillə mükafatlandırıb, bununla da onun susmağına nail olub.

Vladimir İliç Leninin tez-tez təkrarladığı “İnsanlara nə aiddirsə o mənə yad deyil” ifadəsini o işlədərkən bəlkə də rəhbər öz əməllərinə haqq qazandırırmış və düşünürmüş ki, homoseksual olmağın heç bir qəbahəti yoxdur.

Bi da milyonlarla insanın “çalışırıq, vuruşuruq Lenin baba yolunda” dediyi “rəhbərin” utanc gətirən əməlləri...


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.06.2017, 10:18

Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak edib

23.06.2017, 10:00

“Porsche” ilə qadını vurub öldürən yeniyetmə barədə məhkəmə QƏRARI

23.06.2017, 10:00

Ordumuzun 100 illliyi ilə bağlı yubiley medalı hazırlanacaq

23.06.2017, 09:47

Cəbhədə şiddətli atışma oldu 

23.06.2017, 09:41

Rövnəq Abdullayevin müşaviri vəfat etdi

23.06.2017, 09:31

“Formula 1”in Azərbaycan Qran-Prisi başladı

23.06.2017, 09:25

Prezidentlər görüşə bilər: “Azərbaycan danışıqları erməni kəşfiyyatçının timsalında quracaq”   

23.06.2017, 09:22

Narazı qalan müəllimlərə növbəti şans veriləcək

23.06.2017, 09:13

Azərbaycanda 6 minədək müsəlman dinini dəyişib

23.06.2017, 09:07

Türkiyədə “Survivor 2017”nin qalibi bəlli oldu - VİDEO

23.06.2017, 08:59

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

23.06.2017, 08:56

Bu gün buraxılış imtahanları keçirilir

23.06.2017, 00:57

Bakıda 4 otaqlı evdə yanğın olub

23.06.2017, 00:32

Brüssel: “Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır”

23.06.2017, 00:16

Bu ölkədə hərbçilər atışdı,16 nəfər öldü

23.06.2017, 00:09

Konfederasiya Kuboku: Çili Almaniyaya uduzmadı

22.06.2017, 23:50

Hacıqabulda “OKA” iribuynuzlu heyvanla toqquşdu - 5 yaralı

22.06.2017, 23:25

Goranboyda sel suları fəsadlar yaradıb

22.06.2017, 23:06

Sərnişin avtobusu ağır qəzaya uğradı: 21 ölü

22.06.2017, 22:46

22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər - MARAQLI

22.06.2017, 22:33

Orqanizmin qida məhsullarına olan hədsiz tələbatının səbəbləri - ÖZÜNÜZÜ YOXLAYIN

22.06.2017, 22:23

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadacaq

22.06.2017, 22:09

Əfqanıstanda partlayış qurbanlarının sayı 34-ə çatdı

22.06.2017, 21:59

Bakıda həbs edilən erməni əsilli vətəndaşı apellyasiya şikayəti verib

22.06.2017, 21:42

Konfederasiyalar Kuboku – Kamerun Avstraliyanı uda bilmədi

22.06.2017, 21:28

Tovuz sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb

22.06.2017, 21:17

Türkiyə və Rusiya Suriyada birgə əməliyyat aparacaq

22.06.2017, 21:00

Bakıda “Ramazan və İslam dünyasının birliyi” konfransı baş tutub

22.06.2017, 20:54

Bu ölkədə istilərə görə iş saatları azaldıldı

22.06.2017, 20:26

Ağstafada ″Qrad″ raketi aşkarlandı - FOTO

22.06.2017, 20:09

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq

22.06.2017, 19:14

Azərbaycanlı deputatlar AŞPA-nın yay sessiyasında...

22.06.2017, 19:07

Ziyafət Əsgərov prezident inauqurasiyasına gedib

22.06.2017, 18:52

Bakıda iraqlı turistin şalvarını aparan “gecə qadınları” saxlanıldı

22.06.2017, 18:39

Maşınqayırma sənayesi işçiləri təltil olundular - SİYAHI

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(6.89%)
- Dənizə gedə bilmirik(27.5%)
- Səhhətimizə mənfi təsir edir(17.2%)
- Əhvalım xoşallanır(10.3%)
- Məhsul qıtlığı yaranır(10.3%)
- Təsərrüfatıma ziyan dəyir(3.44%)
Yağış, dolu ruzi-bıərəkətdir(24.1%)