Modern.az

Şimali Koreya total müharibə anonsu verdi 

Şimali Koreya total müharibə anonsu verdi 

Dünya

21 Aprel 2017, 22:16

Əgər ABŞ Şimali Koreyaya qarşı döyüş hərəkətləri edəcəksə, Pxenyan bu total müharibə istəyinə müharibə ilə cavab verməyə hazırdır.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Şimali Koreyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi Kim Yon Min bildirib.

 

O deyib ki, ölkəsinə qarşı hər hansı provakasiya cəhdləri olarsa, Şimali Koreyanın cavabı daha dağıdıcı olacaq.

 

“Belə olarsa, biz total müharibəyə müharibə ilə cavab verəcəyik. Biz nüvə zərbəsi ilə bu müharibəyə cavab verəcəyik”-deyə diplomat qeyd edib.

                                        

Qeyd edək ki, son zamanlar ABŞ-la Şimali Koreya arasında münasibətlər daha da gərginləşib. Ekspertlər hər an müharibənin başlaya biləcəyini ehtimal edir.

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır