Modern.az

İstanbul  terrorunda əli olan İŞİD silahlısı məhv edilib

İstanbul  terrorunda əli olan İŞİD silahlısı məhv edilib

21 Aprel 2017, 21:47

Yeni İl gecəsi İstanbulda törədilən terror aktında əli olan İŞİD silahlısı məhv edilib. Modern.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Con Tomas məlumat verib.

Məlumata görə, həmin şəxs Suriyada məhv edilib: “Aprelin 6-da ABŞ qüvvələri tərəfindən yanvarın 1-ə keçən gecə İstanbulda baş verən terror aktının təşkilatçılarından biri Əbdürrəhman Özbəyi məhv edilib. O, əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsi, maliyyələşdirilməsi ilə məşğul olub. Bundan başqa, Ə.Özbəyi Suriya və İraqdan kənarda terror aktlarının hazırlanmasında mühüm rol oynayıb”.

Qeyd  edək ki, Yeni il gecəsi İstanbulda “Reina” gecə klubuna edilən  hücum zamanı  39 nəfər ölüb, 65 nəfər yaralanıb.  Terror aktını törədən şəxs yanvarın 16-da İstanbulda yaxalanıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub