Modern.az

Kredit borcu olanlar sosial mənzil ala bilməyəcək - VİDEO

Kredit borcu olanlar sosial mənzil ala bilməyəcək - VİDEO

21 Aprel 2017, 22:29

Sosial mənzillərin elektron qeydiyyatının başlanmasına 10 gün qalıb. Bir çox insanın banklarda krediti olduğuna görə bu şəxslərin sosial mənzil üçün müraciət edib-edə bilməməsi məsələsi gündəmdədir. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, iqtisadçılar bu məsələdə əsas məqamın kreditin məbləği olduğunu düşünür.

 

Vüqar Bayramov deyir ki, kredit ödənişlərinin vaxtlı-vaxtında edilməsi və şəxsin kredit tarixçəsinin normal vəziyyətdə olması vacibdir.

 

Digər məqam sosial ev almaq hüququ olan şəxslərin ailə üzvlərinin maaşlarının ümumi məbləğə hesablanıb-hesablanmamasıdır. Gənc ailənin üzvlərindən birinin maaşı 300, digərininki 600 manatdırsa, onda həmin ailənin birlikdə 900 manat götürüləcək. Bu isə sosial mənzil almaq istəyən, lakin yüksək maaş almayanlar üçün fürsət deməkdir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir