22 iyun 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - "Oyunlarının təhlükəsizliyi tədbirlərinə XDMX-dən 700 hərbi qulluqçu cəlb olunub" - Vaqif Axundov
"Oyunlarının təhlükəsizliyi tədbirlərinə XDMX-dən 700 hərbi qulluqçu cəlb olunub" - Vaqif Axundov
21.04.2017, 22:41

“Bakı Olimpiya Stadionunda Oyunların açılış və bağlanış mərasimləri zamanı havaya qaldırılacaq helikopterlərin təhlükəsizlik uçuşu ilə əlaqədar “Silk Way Helicopter” şirkəti və Təşkilat Komitəsinin mərasimlər departamenti ilə müvafiq hazırlıq işləri aparılır. IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi ilə bağlı mühafizə tədbirlərinə Xüsusi Dövlət Mühafizə Xidmətindən 700 hərbi qulluqçu, o cümlədən 100 qadın hərbi qulluqçu cəlb olunub. Aprel ayında onlarla təlim toplanışları keçirilib, buraxılışa nəzarət avadanlıqlarından - “X-RAY” və metalaxtarandan istifadə etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə kurslar təşkil edilib”. Modern.az xəbər verir ki, bunu Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı bildirib.

V.Axundov qeyd edib ki, Xüsusi Dövlət Mühafizə Xidməti Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə birlikdə, xüsusən də bu Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamentinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində təhlükəsizlik tədbirlərini həyata keçirir: “Oyunlar zamanı istifadə ediləcək idman, məşq, qeyri-idman obyektlərinin siyahıları tərtib olunub. Bu siyahıları bizə Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti təqdim edib. Bu obyektlərin hamısına baxış keçirilib. Daxili İşlər Nazirliyi və digər qurumlarla buraxılış rejimini həyata keçirmək üçün texniki mühafizə və videonəzarət avadanlıqlarının quraşdırılması və mühafizə planlarının hazırlanması işlərinə başlanılıb.

 

Biz birinci Avropa Oyunları zamanı alınaraq respublikamıza gətirilmiş çoxlu sayda texniki avadanlıqlardan IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə edəcəyik. Bunlar “X-RAY” avadanlıqları, stasionar metalaxtaran, partlayıcı maddələri aşkarlayan qurğulardır. Həmçinin 1000-dən çox kameranı təmir etmək üçün “Boch” videomüşahidə sistemi, üç baza stansiyası, dörd min “Motorola” tipli əl radiostansiyalarıdır. Altı yüz “Motorola” mobil stansiya alınaraq artıq gətirilib və qoruduğumuz obyektlərdə bunlardan tam həcmdə istifadə edəcəyik. Hazırda bu avadanlıqların obyektlərdə qurulması işləri tam başa çatıb. 17 obyektdə 114 “X-RAY” avadanlığı, 213 stasionar metalaxtaran avadanlıqlar quraşdırılıb, 13 obyektdə isə 41 “X-RAY” və 81 stasionar metalaxtaranların quraşdırılması aprelin sonlarında başa çatdırılacaq”.

 

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi deyib ki, 10 idman obyektində daxildə və perimetr boyunca videomüşahidə sistemləri quraşdırılıb. Beş obyektdə isə belə sistemlərin quraşdırılması nəzərdə tutulur: “2017-ci ilin fevral ayından başlayaraq aidiyyəti qurumlarla birgə Oyunların kibertəhlükəsizliyinin təmin olunması üzrə zəruri tədbirlər hazırlanaraq həyata keçirilir. Qeyd olunduğu kimi, tədbirlərə cəlb olunmuş çoxsaylı personal - bu idman obyektlərində çalışacaq işçilər ətrafında yoxlama tədbirləri həyata keçirilib. Bu siyahılar bizə və eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə təqdim olunub. Bu insanları xüsusi yoxlamalardan keçirmişik. Təkcə Xüsusi Dövlət Mühafizə Xidməti 1560 nəfəri yoxlayıb. Onlardan 107 nəfəri barəsində nüfuzdan salan məlumatlar əldə olunduğuna görə tədbirlərdən kənarlaşdırılıb.

 

Oyunların keçirilməsi ilə bağlı Azərbaycana gələn çoxsaylı qonaqlara qarşı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verə biləcək hər hansı təxribat hallarının qarşısının alınması məqsədi ilə “AZAL”ın Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə profilaktik tədbirlər hazırlanaraq həyata keçirilir”.

 

V.Axundov əlavə edib ki, Xidmətin texniki mütəxəssisləri tərəfindən mühafizə tədbirlərinə cəlb olunacaq hüquq mühafizə orqanlarının 1500 nəfərlik şəxsi heyəti ilə xüsusi təlim toplanışları və məşqlər keçirilib: “İdman obyektlərində və qeyri-idman obyektlərində quraşdırılmış “X-RAY” və metalaxtaranlarda işləmək üçün Daxili İşlər Nazirliyinin və digər qurumların əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində təlimlər təşkil olunub. Xüsusilə qeyd etmək lazımdır ki, bütün idman obyektlərinin lift sektorlarının və yüksək səviyyəli qonaqların yaşayacağı mehmanxanaların mühafizə planları və sxemləri hazırlanaraq, Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik departamenti ilə razılaşdırılıb”.

 

Xidmət rəisi bildirib ki, bundan əlavə, Xidmətimizin situasiya mərkəzi tərəfindən 5 mindən çox müşahidə kamerası vasitəsilə obyektlərə videonəzarətin təmin edilməsi ilə bağlı həyata keçirilən hazırlıq tədbirləri başa çatdırılıb:“İdman və qeyri-idman obyektlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə Xidmətimiz tərəfindən ayrılmış mühafizə rəhbərlərinin mayın 1-dən etibarən obyektlərə göndərilməsi, mayın 8-dən isə idman obyektlərinin VIP sektorlarının müayinə edilərək tam mühafizəyə götürülməsi nəzərdə tutulur. Təhlükəsizlik məsələlərinin operativ həlli üçün Xidmətimizin işçi qrupu mayın 1-dən Təşkilat Komitəsinin baş ofisinə ezam olunacaq, orada digər qurumların əməkdaşları ilə birlikdə tam fəaliyyətə başlayacaqlar. Bununla yanaşı, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakı şəhərinə səfər edəcək yüksək səviyyəli qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə Xidmətimizin avtomobil parkında zəruri sayda avtonəqliyyat vasitələri texniki baxışdan keçirilərək tam hazır vəziyyətə gətirilib və qonaqlara xidmət göstərəcək.

 

Təhlükəsizlik tədbirlərinə cəlb olunacaq mühafizə əməkdaşları üçün xüsusi gödəkçələr hazırlanıb. Bu gödəkçələrin forması Təşkilat Komitəsi ilə razılaşdırılıb və tədbirlərin təhlükəsizliyinin təmin olunması zamanı bu gödəkçələrdən istifadə olunacaq. Yaddaş kitabçaları hazırlanıb və 1000-ə yaxın əməkdaşımıza paylanıb. Burada bütün məlumatlar var: həm idman obyektlərinin yerləri, həm keçiriləcək idman növləri, təmsil olunacaq dövlətlər haqqında bütün məlumatlar yaddaş kitabçasında öz əksini tapıb. Şəxsi heyət bu tədbirlərin həyata keçirilməsinə demək olar ki, tam hazırdır”.

 

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiyada
22.06.2018, 16:49

Rusiyada "quş qripi" aşkarlandı

Prezident təqaüdü alan tələbələr ən çox bu universitetləri seçiblər - SİYAHI
22.06.2018, 16:38

Prezident təqaüdü alan tələbələr ən çox bu universitetləri seçiblər - SİYAHI

Ərdoğan ilk turda qalib gələcək? - PROQNOZ
22.06.2018, 16:37

Ərdoğan ilk turda qalib gələcək? - PROQNOZ

“Elçibəy - 80” müsabiqəsinin qalibləri - ADLAR
22.06.2018, 16:32

“Elçibəy - 80” müsabiqəsinin qalibləri - ADLAR

Binəqədidə Milli Ordunun 100-cü il dönümü qeyd olundu
22.06.2018, 16:31

Binəqədidə Milli Ordunun 100-cü il dönümü qeyd olundu

Səfir Qüdsi Osmanovun oğlu həbs edildi
22.06.2018, 16:25

Səfir Qüdsi Osmanovun oğlu həbs edildi

Düşmənin məğlubiyyəti - Günnüt əməliyyatı - Qızılqayadan Arpa kəndi görünür - REPORTAJ   
22.06.2018, 16:13

Düşmənin məğlubiyyəti - Günnüt əməliyyatı - Qızılqayadan Arpa kəndi görünür - REPORTAJ  

BDU rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış etdi
22.06.2018, 16:01

BDU rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış etdi

Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar
22.06.2018, 16:01

Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar

Putin özünə müşavir təyin etdi
22.06.2018, 15:40

Putin özünə müşavir təyin etdi

Milli Məclis 35 məsələyə görə növbədənkənar iclasa toplanır - SİYAHI
22.06.2018, 15:33

Milli Məclis 35 məsələyə görə növbədənkənar iclasa toplanır - SİYAHI

Səyahətə çıxanlara hava ilə bağlı XƏBƏRDARLIQ
22.06.2018, 15:23

Səyahətə çıxanlara hava ilə bağlı XƏBƏRDARLIQ

Səfbəsəf düzüldük Vətən naminə!
22.06.2018, 15:16

Səfbəsəf düzüldük Vətən naminə!

Pambıqçıların zəhərlənməsinə görə 5 vəzifəli şəxs həbs olundu - RƏSMİ
22.06.2018, 15:15

Pambıqçıların zəhərlənməsinə görə 5 vəzifəli şəxs həbs olundu - RƏSMİ

Azərbaycanda əfqan şəhidlərin məzarları dağıldı
22.06.2018, 15:03

Azərbaycanda əfqan şəhidlərin məzarları dağıldı

Rus xalqının Putinə inamı azalıb
22.06.2018, 14:50

Rus xalqının Putinə inamı azalıb

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!
22.06.2018, 14:49

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!

Mətbuat katibi Dünya Çempionatı ilə bağlı müsabiqədə qalib oldu
22.06.2018, 14:48

Mətbuat katibi Dünya Çempionatı ilə bağlı müsabiqədə qalib oldu

Zülfiyyə Eldarqızının yaradıcılığına iki KİTAB   
22.06.2018, 14:38

Zülfiyyə Eldarqızının yaradıcılığına iki KİTAB  

Üç qızın hekayəsi
22.06.2018, 14:28

Üç qızın hekayəsi

Qanunsuz balıq ovu edənlər TUTULDU
22.06.2018, 14:25

Qanunsuz balıq ovu edənlər TUTULDU

Ermənistan Günnüt əməliyyatından sonra Azərbaycandan xahiş edib   
22.06.2018, 14:17

Ermənistan Günnüt əməliyyatından sonra Azərbaycandan xahiş edib  

Vəkili: “Manvel Qriqoryana işgəncə verirlər”
22.06.2018, 14:14

Vəkili: “Manvel Qriqoryana işgəncə verirlər”

Avropalı deputat özünə erməni soyadı götürdü
22.06.2018, 14:10

Avropalı deputat özünə erməni soyadı götürdü

Deputat etiraz etdi: “Çatdıra biləcəksinizsə, səs verək”
22.06.2018, 13:47

Deputat etiraz etdi: “Çatdıra biləcəksinizsə, səs verək”

Zərdabda yol qəzası - Ölən və yaralananlar var
22.06.2018, 13:42

Zərdabda yol qəzası - Ölən və yaralananlar var

Evdən 5 min manat və 2 min dollar dəyərində qızıl əşyalar oğurlandı
22.06.2018, 13:40

Evdən 5 min manat və 2 min dollar dəyərində qızıl əşyalar oğurlandı

Hacı Nuranın ağciyərində şiş tapıldı
22.06.2018, 13:27

Hacı Nuranın ağciyərində şiş tapıldı

Yoxlama aparıldı - Məmurların evlərindən 200 kq qızıl külçə tapıldı - QALMAQAL
22.06.2018, 13:24

Yoxlama aparıldı - Məmurların evlərindən 200 kq qızıl külçə tapıldı - QALMAQAL

Kürdə batan Yevlax sakininin meyiti tapılıb
22.06.2018, 13:19

Kürdə batan Yevlax sakininin meyiti tapılıb

Azərbaycan Dünya Bankından ayrılacaq kreditdən imtina edir
22.06.2018, 13:17

Azərbaycan Dünya Bankından ayrılacaq kreditdən imtina edir

Azərbaycanın xarici borcunun artmasının üç əsas SƏBƏBI
22.06.2018, 13:13

Azərbaycanın xarici borcunun artmasının üç əsas SƏBƏBI

Türkiyədə 40-a yaxın miqrant saxlanıldı
22.06.2018, 13:11

Türkiyədə 40-a yaxın miqrant saxlanıldı

“Dövlətqaçqınkomdan” bir İLK - Köçkünlər üçün əmək yarmarkası keçirildi - FOTOLAR
22.06.2018, 13:08

“Dövlətqaçqınkomdan” bir İLK - Köçkünlər üçün əmək yarmarkası keçirildi - FOTOLAR

ABŞ-dan Rusiya XƏBƏRDARLIĞI: “NATO-nun 5-ci maddəsini tətbiq edəcəyik”
22.06.2018, 13:06

ABŞ-dan Rusiya XƏBƏRDARLIĞI: “NATO-nun 5-ci maddəsini tətbiq edəcəyik”

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(13.6%)
Braziliya(23.8%)
Almaniya(10.7%)
İngiltərə(2.84%)
Portuqaliya(11.9%)
İspaniya(5.11%)
Fransa(4.54%)
Belçika(2.27%)
Seneqal(3.40%)
Rusiya(21.5%)