Modern.az

Venesueladakı iğtişaşlarda 20 nəfər öldü

Venesueladakı iğtişaşlarda 20 nəfər öldü

22 Aprel 2017, 00:13

Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı hər gün artır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Karakasda baş verən iğtişaşlar zamanı 20 nəfər ölüb.

Məlumatda bildirilir ki, soyğunçular çörəkçixananı qarət etmək istəyərkən səkkiz nəfər elektrik cərəyanının vurması nəticəsində ölüb. Daha iki nəfər, o cümlədən ticarət köşkünün sahibi qarətçilərə müqavimət göstərən zaman güllələnib.

 

Polis ölkənin müxtəlif bölgələrində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir