Modern.az

Bakıda seyf, Gəncədə geyim oğruları yaxalandılar

Bakıda seyf, Gəncədə geyim oğruları yaxalandılar

Aktual

22 Aprel 2017, 11:17

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə  aprelin 20-də rayon ərazisindəki mağazalardan birindən içərisində 3130 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanlı və Cabir Nağıyev tutulublar.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhərində də geim oğruları yaxalanıblar.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-də rayon ərazisindəki mağazalardan birindən 434 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Yevlax rayon sakinləri Dilarə Abdullayeva, Cəmilə Bəkirova və qardaşı Samir tutulublar.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır