21 oktyabr 2017, Şənbə
Ana Səhifə - MEDİA - Azərbaycanı tərk edən jurnalist: “Gürcü mediası Azərbaycan mətbuatını çox qabaqlayır” - MÜSAHİBƏ
Azərbaycanı tərk edən jurnalist: “Gürcü mediası Azərbaycan mətbuatını çox qabaqlayır” - MÜSAHİBƏ +
22.04.2017, 17:00

Amil Hacıyev 1984-cü il oktyabrın 24-də Gürcüstan Respublikasının Marneuli rayonunun Beytarabçı kəndində anadan olub. 1991-ci ildə Beytarabçı kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1993-2001-ci illərdə Bakı şəhəri Xətai rayonu 265 sayli məktəbdə oxuyub.
2002-2007-ci illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alıb.
2005-ci ildən 2013-cü ilədək ANS televiziyasında çalışıb. Burada əvvəlcə müxbir sonra İdman Departamentinin rəhbəri olub. ANS TV-dən ayrılandan sonra “publika.az” saytında baş redaktor, “ölkə.az” saytında şef-redaktor işləyib.
2017-ci ilin əvvəlində Azərbaycanı tərk edən jurnalist doğulduğu Gürcüstan Respublikasına qayıdıb və hazırda orada çalışır.


Modern.az saytının əməkdaşları Amil Hacıyevlə indiki fəaliyyəti barədə söhbətləşib.


- Amil bəy, öncə Gürcüstandakı fəaliyyətinizdən danışaq. İşləriniz necə gedir orada?


- Burada əvvəlcə Kvemo Kartli Telekanalında Azərbaycan dilində xəbərlərin verilməsi ilə bağlı ideya irəli sürdüm. Kanal rəhbərliyi bu ideyanı bəyəndi və qısa müddətə bu proqramı açdıq. Aparıcı və müxbiri mən oldum. 10 dəqiqəlik xəbər blokunda kadr və sinxronlar vasitəsilə bölgədə baş verənləri öz dilimizdə çatdırdım.

Daha sonra isə “xeber.ge” saytını yaratdım. Məqsədim Gürcüstanda baş verən xəbərləri öz dilimizdə çatdırmaq idi. Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya prosesi ləng gedir. Əsasən gənclər gürcü dilini bilir. Ona görə də, Gürcüstanda baş verən hadisələrdən əhalinin çox hissəsi xəbərsiz qalır. Hesab edirəm ki, bu layihə özünü doğruldur.

Bundan əlavə, mən Vahid Milli Hərəkat Partiyasının sıralarında siyasi mübarizə aparıram. Oktyabrda keçiriləcək yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə namizəd olaraq qatılacam.
 

-Azərbaycanda işləmək rahat idi, yoxsa Gürcüstanda ?

-Mənim üçün elə bir ciddi fərqi yoxdu. Amma Gürcüstanda özümü daha rahat hiss edirəm.

-Azərbaycanı həmişəlik tərk etməyinizin əsas səbəbi nə oldu?

-Əsas səbəb işlə bağlı oldu. Düzdür, “ölkə.az” kimi saytda işləyirdim və bütün şərait yaradılmışdı. Amma bundan əvvəl də bir müddət Gürcüstanda qalmışdım. Sanki doğma yerlər məni özünə çəkirdi. Həm də karyera baxımından bu addımı atdım. “Şəhərdə axırıncı olmaqdansa, kəndində birinci ol” prinsipi ilə hərəkət etdim.



-Təşkilat yaratmaq istəyirdiniz, bununla bağlı nə planlarınız var?


-
Təşkilat məsələsi qüvvədədir və üzərində işləyirəm. Media mərkəzi kimi fəaliyyətə başlayacağıq. İlkin olaraq saytımızı açdıq. Bu təşkilatın bir hissəsidir. Amma hər şey maliyyəyə dayanır. Vəd verənlər olsa da, ortada real iş yoxdur. Buna baxmayaraq, təşkilatı yaradacam. Hazırda başım seçkilərə qarışıb. Bilirsiniz ki, Gürcüstanda təşviqat və təbliğat prosesi 4 ay əvvəl başlayır. Amma mən indidən işimi möhkəm tuturam.

-Sizə görə, Gürcüstan mediasi ilə Azərbaycan mediası arasındakı əsas fərqlər nələrdir ?


-Gürcüstan mediası Azərbaycan mətbuatını çox qabaqlayır. İstər televiziya olsun, istərsə də yazılı mətbuat. Bura həm texniki, həm də məzmun daxildir. Televiziyalarda kifayət qədər maraqlı verilişlər var. İnternet media isə yeni-yeni inkişaf etsə də, məzmun və keyfiyyət baxımından yenə də irəlidədir.


- “Kvemo Kartli Televiziyası”nda həftədə 5 gün olmaqla, Azərbaycan dilində efirə gedən xəbərlər proqramına aparıcılıq edirsiniz. Həmin televiziyada informasiya siyasəti necə aparılır?


- Səhhətimlə bağlı son vaxtlar işə gedə bilmədim. Hazırda ikinci azərbaycanlı aparıcı işə götürülüb və veriliş davam edir. O verilişə baxanda sevinirəm ki, mənim layihəmdir və mən əziyyət çəkmişəm. Kanalın xəbərlər xidmətinin rəhbəri ilə tes-tez müzakirə aparırıq. Bu televiziya sırf peşəkarlıq baxımından elə də güclü deyil. Bir bölgəni əhatə edir. Əsasən Kvemo Kartli bölgəsində baş verən hadisələr işıqlandırılır.

-Gürcüstan azərbaycanlılarının hazırki durumu necədir və onlara qarşı münasibət hansı səviyyədədir?

 

-Əvvəlki illərə nisbətən dəyişikliklər var. Əsasən 2004-cü ildən sonra bu, daha qabarıq hiss olunur. Biz burada etnik xalqıq və sayca ikinciyik.  Ölkənin siyasi həyatında kifayət qədər təmsil olunuruq. Əvvəllər deyirdilər ki, azərbaycanlılar daim iqtidarın yanında olur. Amma son parlament seçkiləri göstərdi ki, azərbaycanlılar lazım olanda sözlərini deyə bilirlər. Buna baxmayaraq, hökümət strukturlarında təmsilçilərimiz azdır. Əsasən də ikinci vəzifələrdə təmsil olunurlar. Əhalisinin 83 faizi azərbaycanlılar olan Marneulidə hələ də azərbaycanlı icra başçısı yoxdur, olmayıb.

-Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə vizasız gediş-gəlişi orda yaşayan həmvətənlərimizin həyatına necə təsir göstərəcək?

-Azərbaycanlılara təsiri barədə danışmaq hələ tezdir. Çünki bizimkilərin əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur. Avropaya getmək üçün dil bilikləri də vacibdir. Amma Avropa ailəsinə qoşulmağı bütün azərbaycanlılar dəstəkləyir və gələcək nəsil üçün bunun vacib bir addım olduğunu anlayırlar. Demokratik Gürcüstan istənilən azərbaycanlının görmək istədiyi dövlətdir.

 

-Gürcüstanda məktəblərdə Azərbaycanla bağlı nələrsə öyrədilir?

-Azərbaycan dilli məktəblərimiz var. Kifayət qədər də şagird kontingeti var. Azərbaycan dili tədris olunur. Hətta ali məktəb imtahanlarında belə, Azərbaycan dilində imtahan verə bilərsən. 1+4 proqramına əsasən, bu həyata keçirilir. İmtahanı müvəffəqiyyətlə verən abituryent 1 il gürcü dilində hazırlıq kursu keçir və sonra ali təhsilə başlayır.

 


-Qarabağ problemi ilə bağlı azərbaycanlılar arasında hansı maarifləndirmə işləri aparılır?

 

-Azərbaycanlıların bu probblem haqqında kifayət qədər məlumatı var. Gürcüstanda yaşayan azərbaycanlılar arasında yüzlərələ şəxs bu müharibədə şəhid olub. Hər il Azərbaycanımızın ağrılı-acılı günləri qeyd olunur, tədbirlər keçirilir.

 

-Qarabağ probleminin həll yolu ilə bağlı Gürcüstan azərbaycanlıları nə düşünür, bu barədə sərbəst informasiya əldə edə bilirlər ?

 

-İnformasiya baxımından heç bir problem yoxdur. Azərbaycan televiziyaları peyk antenaları vasitəsi ilə izlənilir. Azərbaycan televiziyaları nə qədər məlumat versələr, o informasiyanı biz də sizin qədər alırıq. Gürcüstan və Azərbaycan dost və qardaş ölkədir. Eyni dərdliyik desək, daha doğru olar. Gürcüstanın da Abxaziya və Osteiya regionları işğal altındadır. Bu iki ölkə beynəlxalq  arenada daim bir-birini dəstəkləyir və ərazi bütövlüyünü tanıyır.



Neman Rza,
Nəcəf Ruslanoğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu   
21.10.2017, 17:54

Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu  

Polis intihar etmək istəyən qızı xilas etdi   
21.10.2017, 17:49

Polis intihar etmək istəyən qızı xilas etdi  

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR
21.10.2017, 17:36

Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib - FOTOLAR

Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?..   
21.10.2017, 17:03

Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?..  

Nəcməddin Sadıkov Amerikaya getdi   
21.10.2017, 16:39

Nəcməddin Sadıkov Amerikaya getdi  

Çavuş əsgəri güllələyib - Orduda HƏRC-MƏRCLİK…   
21.10.2017, 16:29

Çavuş əsgəri güllələyib - Orduda HƏRC-MƏRCLİK…  

Saakaşvili Hikmət Cavadovla şam etdi - Mitinq şəhərciyində - VİDEO
21.10.2017, 16:18

Saakaşvili Hikmət Cavadovla şam etdi - Mitinq şəhərciyində - VİDEO

Müsavatda seçki keçirildi - heç kim səs toplaya bilmədi  
21.10.2017, 16:05

Müsavatda seçki keçirildi - heç kim səs toplaya bilmədi  

İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA   
21.10.2017, 15:48

İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA  

İsrail qırıcıları Suriyanı bombaladı
21.10.2017, 15:46

İsrail qırıcıları Suriyanı bombaladı

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA   
21.10.2017, 15:36

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA  

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI   
21.10.2017, 15:16

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI  

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ   
21.10.2017, 15:12

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ  

Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA   
21.10.2017, 15:10

Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA  

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
21.10.2017, 14:40

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”
21.10.2017, 14:23

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı
21.10.2017, 14:20

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı

“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO   
21.10.2017, 14:12

Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO  

Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...
21.10.2017, 14:03

Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”
21.10.2017, 13:51

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”

Müdriklik zirvəsi - 70 yaş...   
21.10.2017, 13:46

Müdriklik zirvəsi - 70 yaş...  

Prezident mükafatları artırılır - ayda 500 manat   
21.10.2017, 13:27

Prezident mükafatları artırılır - ayda 500 manat  

Azərbaycan diplomatik korpuslara 115,1 milyon manat xərcləyəcək
21.10.2017, 13:14

Azərbaycan diplomatik korpuslara 115,1 milyon manat xərcləyəcək

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı   
21.10.2017, 13:03

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı  

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu   
21.10.2017, 12:53

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu  

Ermənistan hərbçiləri qəzaya düşdülər - iki yaralı...
21.10.2017, 12:42

Ermənistan hərbçiləri qəzaya düşdülər - iki yaralı...

Qarabağda daha iki erməni əsgər öldü   
21.10.2017, 12:40

Qarabağda daha iki erməni əsgər öldü  

Şəmkirdə qətl – Yeniyetmə adam öldürdü
21.10.2017, 12:32

Şəmkirdə qətl – Yeniyetmə adam öldürdü

Arvadını öldürən ər polisə təslim oldu
21.10.2017, 12:28

Arvadını öldürən ər polisə təslim oldu

Zakir Həsənovdan tapşırıq: Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - MÜŞAVİRƏ
21.10.2017, 12:20

Zakir Həsənovdan tapşırıq: Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - MÜŞAVİRƏ

Sabahın PROQNOZU - XƏBƏRDARLIQ
21.10.2017, 12:12

Sabahın PROQNOZU - XƏBƏRDARLIQ

Xaricdəki azərbaycanlı iş adamları niyə Azərbaycana sərmayə yatırmırlar...
21.10.2017, 12:00

Xaricdəki azərbaycanlı iş adamları niyə Azərbaycana sərmayə yatırmırlar...

“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı
21.10.2017, 11:52

“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı

51 keçmiş polis əməkdaşı saxlanıldı    
21.10.2017, 11:45

51 keçmiş polis əməkdaşı saxlanıldı  

Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı
21.10.2017, 11:43

Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.66%)
“Azərişıq”(26.4%)
“Azərsu”(10.3%)
“Azəristiliktəchizat”(2.83%)
Heç biri(54.7%)