Modern.az

İlham Əliyev keçmiş prezidenti qəbul edib

İlham Əliyev keçmiş prezidenti qəbul edib

Aktual

22 Aprel 2017, 11:38

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Avstriya Respublikasının keçmiş prezidenti Haynts Fişeri qəbul edib.

Prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırlayıblar. Dövlət başçısı İlham Əliyev və keçmiş prezident Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd ediblər.

Söhbət zamanı bugünkü görüşün ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Görüşdə, həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edilib.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir