Modern.az

Sabahın hava PROQNOZU - yağış, külək...

Sabahın hava PROQNOZU - yağış, külək...

22 Aprel 2017, 13:11

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 15-19° isti, Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 751 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi metehəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarda əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Lakin axşam bəzi qərb rayonlarında, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi