Modern.az

Müğənnilərin TƏHSİLİ - hüquqşünas, sinif müəllimi, tibb bacısı, xarici dil müəllimi

Müğənnilərin TƏHSİLİ - hüquqşünas, sinif müəllimi, tibb bacısı, xarici dil müəllimi

Mədəni̇yyət

22 Aprel 2017, 13:52

Bu gün Azərbaycan şou-biznesində kifayət qədər məşhur müğənni var. Onların sənəti ilə yanaşı, gündəlik fəaliyyətləri, övladları, yaşam tərzləri də diqqət mərkəzindədir. Eləcə də müğənnilərin təhsili...

Modern.az saytı şou-biznesin üzdə simalarının təhsilini araşdırıb, kimin əsl ixtisası nədir...

Azərbaycanın xalq artisti Faiq Ağayev  Tibb Universitetinə daxil olsa da, sonradan təhsilini yarımçıq qoyub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “musiqili teatr aktyoru” fakültəsini fərqlənmə diplomu ilə bitirib.


Əməkdar artist  Röya Ayxan  2004-cü ildə ali məktəbə daxil olub. O,  Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Müğənni Rəqsanə İsmayılova  ilk təhsilini Gəncəki texnikumda alıb və bir müddət orta məktəbdə ibtidai siniflərə dərs keçib. Məlumata görə, o, 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinə daxil olub.

2011-ci ildən Azərbaycanın əməkdar artisti olan, filologiya üzrə fəlsəfə doktoru  Lalə Məmmədova 1995-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olub.  2001-ci ildə Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın "solo oxuma" xanəndəlik sinfinə daxil olub.


Elnarə Xəlilova
1997-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Hazırda təhsilini Milli Konservatoriyada davam etdirir.

Xatirə İslam əvvəlcə Tibb Texnikumunun tibb bacısı peşəsinə yiyələnib. Lakin sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 

Xalq artisti Zülfiyyə Xanbabayeva Mədəniyyət və İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinini bitirib.

Əməkdar artist, Dağıstan Respublikasının xalq artisti Ədalət Şükürov   Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət İnstitununun "Kütləvi tədbirlər rejissoru" fakültəsini bitirib.

Əməkdar artist Tünzalə Ağayeva Gəncə şəhərində musiqi texnikumunun fortepiano sinfində təhsil alıb.

Əməkdar artist  Abbas Bağırov 2000-2002-ci illərdə Maliyyə-iqtisad kollecində təhsil alıb.

Əməkdar artist Aygün Bəylər  ilkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Sonralar Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsini bitirib.


Günay Rəsulqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir