Modern.az

Avtomobilin təkərlərində 5000 siqaret aşkarlanıb

Avtomobilin təkərlərində 5000 siqaret aşkarlanıb

22 Aprel 2017, 14:11

Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasında Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-2106" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi