Modern.az

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

22 Aprel 2017, 15:15

Bərdədə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində rekord nəticə qeydə alınıb.

Modern.az saytı xəbər verir ki, Cəbrayıl rayonu 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi Mahmud Musayev diaqnostik qiymətləndirilmədə bütün suallara düzgün cavab yazaraq,  maksimum nəticə göstərib. O, 60 bal toplamaqla respublika üzrə rekord nəticə göstərən bir neçə müəllim sırasına daxil olub.

Cəbrayıl rayonu 8 saylı tam orta məktəb Biləsuvar ərazisində yerləşən 1 saylı məcburi köçkün qəsəbəsində fəaliyyət göstərir.

Məktəbin direktoru Rauf Musayev bildirib ki, kollektivin 45 faizı müəllimlərin imtahınında 50 baldan yuxarı nəticə göstərib. R.Musayevin sözlərinə görə, savadlı müəllim kontingentinə malik olan məktəbin hər il onlarla məzunu ali təhsil ocaqları və kolleclərin tələbəsi adını qazanırlar.

Aprelin 16-dan 21-dək Bərdə Olimpiya İdman Kompleksində Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Buradakı imtahanlarda 10 min nəfərdən çox müəllim iştirak edib.


A.Qorxmaz

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir