Modern.az

Milyaderlərin qəribə vərdişləri - biri tualet kağızına baxır, digəri işlənmiş maşında gəzir...

Milyaderlərin qəribə vərdişləri - biri tualet kağızına baxır, digəri işlənmiş maşında gəzir...

22 Aprel 2017, 17:02

Milyardlarla dolları olan iş adamlarının texnologiyadan səyahətə, yeməkdən iqtisadiyyata əl çəkmədikləri həyat tərzləri, iş vərdişləri var. Modern.az xarici KİV-ə istinadən milyaderlərin  qəribə vərdişlərini təqdim edir:

 

Facebook-un sahibi Mark Zuckerberg gənc yaşında 50 milyard dollar sərvətə malik olsa da, son dərəcə təvazökar bir həyat tərzi var. Paltara pul xərcləməyə nifrət edir. Rahat qısaqol köynək və cins şalvarlara üstünlük verir. 7 milyon dollarlıq evdə yaşamasına baxmayaraq 30 min dollarlıq Acur-la mübadilə etdiyi mexaniki sürət qutusu olan bir Volkwagen avtomobili sürür. Zuckerberg yaşadığı müddətdə Facebook-da sahib olduğu səhmləri bağışlayacağını da açıqlayıb.

 

IKEA-nın sahibi İngvar Kampradın 91 yaşı var və 39 milyard dollar sərvətə malikdir. Yaşlı milyarder buna baxmayaraq, səhər yeməklərini IKEA kafesində yeyir. Paket duz və istiotu da evinə aparır. Bir neçə milyon dollara təyyarə və ya helikopter ala biləcəyi halda, isveçli milyarder vaxtı varsa, avtobusa minir. Xüsusi avtomobili isə 1993-cü il istehsalı olan Volvo 240-dır. O, təyyarədə uçarkən hər zaman ekonom sinifdən istifadə edir. Kamprad şirkətin şəxsi heyətinə daim kağızların hər iki tərəfini istifadə etmələrini tapşırır. Az vergi ödəmək üçün 40 il İsveçrədə yaşayan Kamprad 4 il əvvəl vətəni İsveçə köçüb və evindəki bütün IKEA mebelləri da özü montaj edib.

 

Hindistanlı iş adamı Əzim Premji təxminən 17 milyard dollar sərvətə malikdir. Vipro şirkətinin sahibi olan Premjinin ən böyük problemlərindən biri 175 min adamın işlədiyi şirkətdəki tualet kağızı istehlakını şəxsən təqib etməsidir. İş sonunda isə şəxsi heyətə işıqları söndürmək barədə xəbərdarlıq edir. İkinci əl avtomobildən istifadə edən Premji hava limanına gedərkən də triportor-a (üç təkərli nəqliyyat vasitəsi) minir.


15 milyard dolları olan 64 yaşlı Çarli Ergen məşhur Dish Network şirkətinin sahibir. Üçulduzlu restoranlarda yeməkdənsə, günorta vaxtı qarnını evdən gətirdiyi paket yemək və enerji içkisi ilə doydurur. Ergen də hər zaman ekonom sinifdə uçanlardandır. Personalının işə gec gəlməsinə nifrət edən Ergen, şirkətində əvvəlcə kartlı turniket sisteminə keçib, amma saxtakarlıq edildiyini görəndən sonra barmaq iziylə işləyən turniket quraşdırıb. Amerikalı milyarder işə vaxtında gələn əməkdaşlarını hər il bir dəfə xizək tətilinə apararaq mükafatlandırır.

 

Vorren Buffet 70 milyard dollara çatan sərvətiylə dünyanın ən zəngin 5 adamından biridir. Buna baxmayaraq, 1958-ci ildə 31500 dollar ödəyərək aldığı malikanədə yaşayır. Milyarder Buffet cib telefonu istifadə etmir və ofisində də kompüter  yoxdur. Nömrəsində "Thrifty", yəni "Mövqeli" yazılan bir nəqliiyat vasitəsi olan Buffetin qarşısını ala bilmədiyi vərdişi isə xır-xuş yeməsidir. Buffet gündə 5 şüşə kola içir. Çips və fast-food (tez hazırlanan yemək) yeməkdən də özünü saxlaya bilmir.

 

Cudi Faulkner təxminən 2.5 milyard dollar sərvətə sahibdir. 73 yaşı var və səhiyyə sektoru üçün proqram istehsal edən bir firması var. Buna baxmayaraq, Faulkner həyatı boyu yalnız iki dəfə avtomobil dəyişdirib. Sonuncu avtomoli 5 il işlənmiş bir Audi-dir. 30 ildir ki, əriylə eyni malikanədə yaşayır. Sərvətinin yarısını xeyriyyə təşkilatlarına miras qoyacağını açıqlayıb. Şirkətinin kontrolunun 73 faizi personala və ailələrinə aiddir.
 

Karlos Slim 32 milyard dolları olan livanlı qaçqın bir ailənin meksikalı uşağıdır. Buffet kimi qənaətcildir, hətta şəxsi heyəti üçün yazdığı bir əl kitabı da var, amma milyarder dostunun əksinə, ev xörəklərindən başqa bir şey yemir. 40 ildir ki, eyni villada yaşayır. Çingiz Xan ilə bağlı kitabları çox sevir.

 

71 milyard dollar sərvəti olan Amansio Ortega konfeksiya nəhəngi Inditex-in sahibidir. İspaniya kimi bir qastronomiya ölkəsində bir çox alternativi olduğu halda, Ortega yeməklərini “Zara” kafesində yeməyə üstünlük verir.  O, Coruna şəhərində gözlərdən uzaq, təmkinli bir həyata üstünlük verir. İşi yoxdursa, 45 milyon dollarlıq təyyarəsi ilə gəzir. Geyimdə qənaəcildir. Ümumiyyətlə, ağ köynək və ya qolsuz köynək, üstündən də pencək geyinir.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi