Modern.az

Milli Məclisin sektor müdirini baltalayan şəxs şikayət verib

Milli Məclisin sektor müdirini baltalayan şəxs şikayət verib

22 Aprel 2017, 18:01

Bakıda həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasımi barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 27-nə təyin edilib.

İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə keçən il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanda yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib.

Yaxınlarının sözlərinə görə, F.Məcidovanın həyat yoldaşı M.Qasımi arasında ev söhbəti olub. Bundan sonra mübahisə qızışıb və M.Qasımi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qasımi 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?