Modern.az

Ermənistanda Rusiya hərbçisini qətlə yetirən şəxs tutuldu - VİDEO, Yenilənib

Ermənistanda Rusiya hərbçisini qətlə yetirən şəxs tutuldu - VİDEO, Yenilənib

22 Aprel 2017, 22:43

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, saxlanılan 20 yaşlı mülki şəxs olub. Adı açıqlanmayan həmin şəxsin psixi problemlərlə əlaqədar bu ilin martında ordudan təxris olunduğu bildirilir.

 

20:02

 

Ermənistanda qətlə yetirilən Rusiya hərbçisinin ölümünün araşdırılması iə bağlı cinayət işi başlanılıb. Modern.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, qətlə yetirilən Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının əsgəri Dmitri Yalpayev olub. Qətlə yetirilən Dmitri Yalpayev müqavilə əsasında xidmət edirmiş.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb.  Meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb. Meyitin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi