Modern.az

Güclü külək Ağstafada evləri dağıtdi

Güclü külək Ağstafada evləri dağıtdi

22 Aprel 2017, 21:45

Günorta saatlarından əsməyə başlayan güclü külək Ağstafa rayonunda fəsadlar törədib. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun kəndlərində, əsasən də Poyluda bəzi evlərin dam örtüyü qismən dağılıb. Həmçinin, elektrik naqilləri sıradan çıxıb və enerjinin verilişi 3 saata yaxın dayandırılıb.

Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda elektrik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə enerjinin verilişi bərpa olunub. Küləyin sürətinin isə hazırda azaldığı bildirilir.

Ölkənin Qərb bölgəsində güclü külək bir neçə gündür davam edir. Hazırda Qazax, Tovuz, Daşkəsən və Şəmkir rayonlarında küləkli hava müşahidə olunur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi