Modern.az

İŞİD özünə yeni paytaxt seçdi

İŞİD özünə yeni paytaxt seçdi

22 Aprel 2017, 22:22

İŞİD qruplaşması paytaxtını Raqqa şəhərindən Deyr-əz-Zor şəhərinə köçürüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Fox telekanalına Pentaqondakı mənbə məlumat verib.

 

 

Məlumata görə, ABŞ dronları şəhəri tərk edən yüzlərlə İŞİD üzvünün Fərat çayı boyunca cənuba – Deyr-əz-Zora getdiyini müşahidə edib. Pentaqon tezliklə, Raqqa uğrunda döyüşlərin başlanacağını elan edib. Bunun üçün ərəb və kürdlərdən ibarət qoşunu hazırlandığı və onların şəhərin 15 kilometrliyində mövqe qurduğunu elan edib.

 

 

Onların fikrincə, şəhərdə bir neçə min silahlı qalsa da, “hökumət” artıq Raqqanı tərk edib.

 

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir