Modern.az

Alimlərdən XƏBƏRDARLIQ: Ağ şərab qadınlar üçün TƏHLÜKƏLİDİR

Alimlərdən XƏBƏRDARLIQ: Ağ şərab qadınlar üçün TƏHLÜKƏLİDİR

22 Aprel 2017, 23:19

Amerika və Çin alimləri tədqiqat apararaq aydınlaşdırıblar ki, ağ şərab qadınlar üçün təhlükəlidir.

 

Modern.az saytı bu haqda “Daily Mail” nəşrinə istinadən xəbər verir.

 

Məlumata görə, ağ şərab və likör içən qadınlar dəri problemindən əziyyət çəkirlər.

 

Barun Universitetindən olan dermatoloqlar müəyyən ediblər ki, bu alkoqollu içkiləri qəbul edən qadınlar dəri qızartısı ilə səciyyələnən xəstəliklərə tutulurlar. Xəstəlik həmçinin açıq-çəhrayı rəngdə olan səpkilərlə də müşayiət olunur.

 

Dermatoloqlar 1991-ci ildən 2005-ci ilə qədər qadınların sağlamlıq vəziyyəti haqqında məlumatları təhlil ediblər. Bu tədqiqat 83 min qadını əhatə edib. Məlum olub ki, onların çoxu dəri xəstəliyindən əziyyət çəkir.

 

Ağ şərabın həftədə 5 stəkan qəbul edilməsi isə bu xəstəliyin inkişaf etmə riskini 50 faiz artırır. Həftədə 3 sətəkan isə 14 faiz.

 

Dermatoloqlar bildirir ki, buna səbəb ağ şərabın immun sistemini zəiflətməsi və damarları genişləndirməsidir. Bu da öz növbəsində qızartılar yaradır və xəstəliyin inkişafəna imkan yaradır.

 

Aqşin KƏRİMOV

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi