Modern.az

İrandakı seçkilərlə bağlı önəmli QƏRAR

İrandakı seçkilərlə bağlı önəmli QƏRAR

Aktual

22 Aprel 2017, 23:33

İran hakimiyyəti prezidentliyə namizədlərin debatlarını canlı efirdə nümayiş etdirməmək barədə qərarlarını ləğv edib.

 

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmisi Salman Samani Təbliğat Komissiyasının üzvləri ilə görüşdən sonra deyib.

 

 

Samani cümə axşamı debatların canlı deyil, efirdən sonra lent yazısının nümayiş etdiriləcəyini demişdi. Bu həm namizədlərin, həm də sadə iranlıların narazılığına səbəb olmuşdu.

 

 

Xatırladaq ki, aprelin 11-dən 15-na qədər 1600-dən artıq insanın prezident seçkilərinə namizədliyini vermişdi. Aprelin 16-dan 20-nə qədər İran Konstitusiyanın Mühafizəsi Şurası onların namizədliyi ilə bağlı yekun qərarlar verəcək.

 

Seçkilərin ilk turu mayın 19-da keçiriləcək.

 

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!