Modern.az

Tramp Merkelə münasibətindən danışdı - VİDEO

Tramp Merkelə münasibətindən danışdı - VİDEO

22 Aprel 2017, 23:48

ABŞ Prezidenti Donald Tramp bir ay əvvəl baş tutan görüş zamanı Almaniya kansleri Angela Merkellə nə üçün əl tutmadığının səbəbini açıqlayıb. Modern.az xəbər verir ki, “Assoşeyited Press”ə açıqlama verən Tramp bildirib ki, Merkellə görüş məhsuldar keçib.

 

ABŞ prezidenti vurğulayıb ki, fikir müxtəlifliyinə baxmayaraq, Merkel görüş zamanı inanılmaz anlayış göstərib: “O zaman sanki kimsə qışqırdı: Onun əlini sıxın, onun əlini sıxın. Ancaq mən eşitmədim. Bilirsiniz, biz uzun müddət ictimaiyyət qarşısında olduq və mən Merkelin əlini 4 dəfə sıxdım”.

Qeyd edək ki, martın 17-də Ağ Evdə baş tutan görüş zamanı jurnalistlərin təkidinə baxmyaraq, Tramp Merkellə əl sıxışmamışdı. Ötən gün verdiyi açıqlamasında isə Tramp Merkellə çox böyük fikir ayrılığı olduğunu dilə gətirdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?