Modern.az

Bir neçə “Əl Qaidə” lideri saxlanılıb

Bir neçə “Əl Qaidə” lideri saxlanılıb

23 Aprel 2017, 00:57

Yəmən ordusunun terrorla mübarizə birləşmələri ölkənin Hardamaut əyalətində “Ərəbistan yarımadasında Əl Qaidə” terror şəbəkəsinin səhra komandanlığının üzvlərinin saxlanılması əməliyyatını həyata keçiriblər. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yəmən hökumətinə dəstək verən ərəb koalisiyasının qərargahından bildirilib.  

Məlumata görə, xüsusi təyinatlılar və aviasiyanın cəlb olunduğu əməliyyat aprelin 22-nə keçən gecə keçirilib. Nəticədə  “Ərəbistan yarımadasında Əl Qaidə” terror şəbəkəsinin bir neçə başçısını saxlamaq mümkün olub. Onların əksəriyyətinin əcnəbi muzdlu olduğu bildirilir. Radikallar ölkənin cənubunda bir neçə terror aktı hazırlayırmış. Terrorçulardan çoxlu sayda silah-sursat, texnika və partlayıcı qurğu götürülüb.

Saxlanılanlar arasında qruplaşmanın  “Əz Zərkaui” ləqəbi  ilə tanınan liderinin də olduğu bildirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir