Modern.az

Sabah yağış, qar yağacaq, dolu düşəcək

Sabah yağış, qar yağacaq, dolu düşəcək

Aktual

23 Aprel 2017, 12:30

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, gecəyə doğru  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 

 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 8-10° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  754 mm civə sütunundan 765 mm civə sütununa  yüksələcək. Nisbi rütubət   gecə 75-85 %, gündüz  60-70 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,  dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır