Pensilvaniya Universitetindən olan neyrobioloqlar yaddaşın möhkəmlənməsinin effektiv metodunu hazırlayıblar. Modern.az bu haqda Qərbin elmi-populyar nəşrlərinə istinadən xəbər verir.
Yeni metod beynin elektrostimulyasiyasına əsaslanır. Tədqiqat layihə əsasında həyata keçirilib. Qurğunun beyinə implantasiyası ilə yaddaşın möhkəmlənməsi yoxlanılıb.
Sınaqlara epilepsiya xəstələrini cəlb ediblər. Alimlər tədqiqatın gedişatında yaddaşın yaxşılaşdırılmasını həyata keçirən beyin sahələrini stimullaşdırıblar.
Alimlər güman edirlər ki, alınmış nəticələr dövrilik metodunu yaratmağa kömək edəcək.
Aqşin KƏRİMOV