Modern.az

Fransada prezident seçkisi - I tur başa çatdı - Qarabağı Ermənistana “vermək” istəyən II tura çıxdı

Fransada prezident seçkisi - I tur başa çatdı - Qarabağı Ermənistana “vermək” istəyən II tura çıxdı

23 Aprel 2017, 22:38

Fransada keçirilən prezident seçkilərinin birinci turu ilə bağlı “Exit poll” nəticələri açıqlanıb.

 

Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, IPSOS İnstititunun əməkdaşları bildirib ki, Emmanuel Makron 23.7 faiz, Marin Le Pen 22.7 faiz, Fransua Fiyon 19.5 faiz, Jan Lyok Melanşon da eyni miqdarda səs yığıb.

Qeyd edək ki, birinci turda 11 namizəd mübarizə aparırdı. 

 

Beləliklə, seçkilərin ikinci turunda “En Marche” ("İrəli") Hərakatının lideri Emmanuel Makron və Milli Cəbhə Partiyasının lideri Marin Le Pen yarışacaq. 

Qeyd edək ki, prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.

 

Radikal millətçi Marin Le Pen bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının “həll yolunu” təklif etmişdi.

 

O, Fransada nəşr edilən erməni qəzeti “Nouvelles d'Armenie”yə müsahibəsində münaqişənin nizamlanması üçün “Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu” demişdi.

 

“SSRİ-nin dağılmasından sonra meydana çıxan sərhədlər beynəlxalq səviyyədə tanınıb, lakin Dağlıq Qarabağın müstəqilliyindən çox bölgənin Ermənistana birləşdirilməsinə dair Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşma daha məqbul olardı”-deyə prezidentliyə iddiaçı bildirmişdi.

Xatırladaq ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. 

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi