Modern.az

İngilis futbol əfsanəsinin qalmaqallı Azərbaycan XATİRƏLƏRİ: “Stadionda inəklər otlayırdı”

İngilis futbol əfsanəsinin qalmaqallı Azərbaycan XATİRƏLƏRİ: “Stadionda inəklər otlayırdı”

23 Aprel 2017, 23:07

Toni Adams “Arsen” futbol klubunun və İngiltərə yığmasının mərkəz müdafiəçisi, sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuş futbol funksioneridir. Arsenalın kapitanı kimi 500-dən artıq matça çıxan Adams 90-cı illərdə dünyanın ən etibarlı mərkəz müdafiəçilərindən sayılırdı. O 4 qat İngiltərə çempionu, 3 qat Kubok qalibi və 3 dəfə İngiltərə Superkubkonuu qazanıb.

 

Uğurlu futbol karyerası ilə yanaşı 51 yaşlı Toni Adams həm də alkoqol aludəçiliyi. Qalmaqallı hərəkətləri ilə diqqət çəkib. Hətta, Arsenalının oyunçu olan zaman sərxoş halda, küçədə yıxılması nəticəsində kəllə-beyin travması alması və başına 30 tikiş qoyulması İngiltərədə tez-tez xatırlanan hadisədir.

 

Azərbaycanlı idman həvəskarları üçün isə Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrına qədər “Qəbələ” klubuna məşqçilik etməsi ilə xatırlanır.

Modern.az xəbər verir ki, futbolçu zaman-zaman Azərbaycandakı macəralarını Britaniya mətbuatı ilə bölüşür.

 

Toni Adams diqqətləri özünə cəlb etməkdə davam edir. O, 202-ci ildə futbolçu karyerasını bitirdikdən sonra 1 il istirahət etdi. Sonda isə İngiltərə çempionatının 3-cü dəstəsində çıxış edən “Uikom” klbuun ilə müqavilə imzaladı. Amma ardıcıl 11 matç komandasına qələbə qazandıra bilməyən Adams postunu tərk etməli oldu. 2 il axtarışlardan sonra “Portsmut” klubunun məşqçilər qərargahında Adamsa yer tapıldı. Maykl Rednappın baş məşqçi postunda ayrılmasından sonra Adams gözlənilmədən baş məşqçi təyin olundu amma klub bossları onun uğursuzluqlarını yalnız 16 tur dözə bildi . Buna baxmayaraq, Toni Adamsı təslim olmurdu.

 

Yeni məşqçiliyə başlayan Adams iş axtarışlarını davam etdirdi və Azərbaycanın “Qəbələ” klubundan təklif alanda “hə” dedi. Klub Adamsa baş məşqçi postunu, idman direktoru funksiyasını və 3 illik müqavilə təklif etmişdi.

 

“Mən özümə qarşı isti münasibət hiss etdim. Xüsusən, gözəl dağ mənzərələri olan Qəbələ ilə Bakı arasındakı təzad məni cəlb etdi” – deyə Adams müsahibələrindən birində demişdi. “Guardian” qəzetinin məlumatına görə. Toni Adamsı həvəsləndirən əsas səbəb ona ildə ödəniləcək 1 milyon funt sterlinq maaş idi.

 

“Qəbələ” aylarda öncəsindən məşhur mütəxəssisi kluba dəvət etməyə hazırlaşırdı. Bundan 9 ay öncə, onlar Evertonda çalışmış mütəxəssis Elister Saverimuttonu dəvət etdilər. Yeni stadionu və futbol akademiyasını istifadəyə verdilər. Amma Azərbaycanda hər şey sona qədər düşünülməmişdi.

“İlk matça gələndə ətrafda hər yer it nəcisi ilə dolu idi. Stadionun işçisindən meydançanı təmizləməsini xahiş edəndə o, həmin nəcisləri tullanma yarışları üçün nəzərdə tutulan qum meydançasına atdı. Bir dəfə isə məşq edən zaman bazamızın ərazisində inək peyda oldu və meydançanın ortasını murdarladı” –deyə Adams “Daily Mail” qəzetinə müsahibəsində deyir.

 

“Qəbələ” ilə müqavilə Toni Adamsın məşqçilik karyerasında son ola bilərdi. Məşqlərin birində onun ürəyi qəfil sancdı və azərbaycanlı həkimlər onun həyatını xilas etdilər. Əcnəbi mütəxəssisə təcili anioqramma etdilər və ürək damarlarında problem aşkarladılar.

“Əminəm ki, doktor Üzeyir Rəhimovun ustalığı olmasaydı, mən bu gün həyatda yox idim. Ürəkdə kiçik əməliyyat həyatımı xilas etdi”.

 

Həyatı boyu alkoqolizmdən əziyyət çəkən Adams Azərbaycan çayını sevmişdi.

“Ancaq çay içirəm. Burada (Azərbaycan) çay da əladır”.

 

“Qəbələ” ilə 3 illik müqaviləni yarı müddətə qədər icra edən Adams ailə səbəblərinə görə vətəninə dönməli oldu. Bundan sonra, o məşqçilik karyerasına 6 illik fasilə verdi.

 

Toni Adams həyat kredosunun mübarizə olduğunu deyir.

“Əgər var-gücünlə çalışsan, hamı səni sevəcək və stadionu sənin adını unutmayacaq”. Yeri gəlmişkən, britaniyalı jurnalistlər Toni Adamsı “uzunqulaq” ləqəbi ilə çağırırlar. Bu ləqəb ona 1988-ci il Avropa çempionatında Marko Van Basten het-trik etdikdən sonra verilmişdi. Amma ingilis mütəxəssis bu ləqəbdən incimir.

“Bu heyvanlar məndə mənfi hiss oyatmır. Əksinə, onlar zəhmətkeş, tərs və xoşməramlıdır. Mənim kimi”.

 

Alkoqol asılılığından müalicə aldıqdan sonra 1996-cı ildə o “Asılılıq” adlı kiab yazmışdı. 2000-ci ildə isə “İdman şansı” adlı reabilitasiya klinikasını inşa etmişdi.

Azərbaycan macəralarından sonra uuzn illər futboldan kənarlaşan Adams hazırda bütün gücünü İspaniya çempionatının autsayderlərindən olan “Qranada” klubunun uğurları üçün sərf edir. Amma klub son matçını Seltaya 3:0 hesabı ilə uduzub.

 

Vüqar İSMAYILOV

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi