Modern.az

Rusiya və ABŞ-ın benzin RƏQABƏTİ: dünya ölkələrində QİYMƏTLƏR

Rusiya və ABŞ-ın benzin RƏQABƏTİ: dünya ölkələrində QİYMƏTLƏR

İqtisadiyyat

24 Aprel 2017, 00:30

2017-ci ilin birinci rübündə ABŞ və Rusiyada benzinin dəyəri praktiki  bərabər olub. Modern.az xəbər verir ki, bu haqda ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi bildirib.

Məlumata görə, ötən dövr ərzində ABŞ-da və Rusiyada 1 litr benzin 0.68 dollar dəyərində olub.

 

Bu halda bir Amerika qallonunun (təqribən 3.79 litr) qiyməti ABŞ-da 2.57 dollar, Rusiyada isə 2.58 dollar məbləğində olub.

2016-cı ilin 4-cü rübündə isə bir qallon Rusiyada 2.36 dollara, ABŞ-da isə 2.54 dollara satılıb.

 

“Bloomberg” qeyd edib ki, 2017-ci ildə Rusiyada benzinin qiyməti ilə bağlı ikiillik ressessiya dövrü sona çata bilər. Bununla yanaşı bildirilir ki, Rusiya ən böyük neft ixrac edən ölkələrdən biridir və dünya bazarlarında ucuz benzin almaq imkanlarına malikdir.

 

Ümumilikdə isə reytinq cədvəlində 61 dövlət arasında Rusiya benzinin ucuzluğunun göstəricisinə görə, 11-ci yeri tutub. ABŞ isə 10-cu yerdə qərarlaşıb. Ən ucuz benzin isə Venesueladadır – bir Amerika qallonu təxminən 0.01 dollara. Bu rəqəm Səudiyyə Ərəbistanında 0.91 dollar, İranda 1.26 dollar, Misirdə 1.30 dollar, Küveytdə isə 1.31 dollardır.

 

Agentlik bu qənaətdədir ki, ABŞ-da benzinin qiymətinin azalmasına imkan yaradan amillərdən biri də prezident Donald Trampın bir sıra ekoloji normaları ləğv etməsidir.

 

Aqşin KƏRİMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi