Modern.az

Yasamalda 72 yaşlı kişi yanaraq öldü

Yasamalda 72 yaşlı kişi yanaraq öldü

24 Aprel 2017, 09:16

Bu gün Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı