Modern.az

Bakıda yanğın oldu, 40 nəfər təxliyə edildi

Bakıda yanğın oldu, 40 nəfər təxliyə edildi

Aktual

24 Aprel 2017, 09:17

Ötən gecə Bakıda yanğın qeydə alınıb.

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyyə, 8 nəfər azyaşlı uşaq xilas edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır