16 dekabr 2017, Şənbə
Ana Səhifə - ÖLKƏ - Azərbaycan İranda kimi prezident görmək istəyir?
Azərbaycan İranda kimi prezident görmək istəyir?
24.04.2017, 09:51

İranda mayın 19-da prezident seçkisi keçiriləcək. Mindən çox namizəddən cəmi 6 nəfərin namizədliyi təsdiq olunub. Misal üçün keçmiş prezident Mahmud Əhmədinejatın namizədliyi qeydə alınmayıb. Buna baxmayaraq, namizədlər içərisində mühafizəkarların təmsilçiləri kifayət qədərdir. Bunların içərisində İranın keçmiş prokuroru Rəisini və Tehranın meri Qalibafı göstərmək olar.

Modern.az saytının məlumatına görə, bu haqda “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

 

Ekspertin fikrincə Qərb ölkələri İranda prezident seçkisində mühafizəkarların qələbəsində maraqlı deyil. Bu qələbədənsə Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsində maraqlıdırlar.

 

“Çünki məhz Həsən Ruhaninin dövründə nüvə anlaşması imzalandı, beynəlxalq aləm gərginlikdən qurtardı. 6-7 il əvvəl gündəmin əsas narahatedici mövzusu Suriya deyildi, İranın nüvə proqramı idi. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaya biləcəyi müzakirə predmeti idi. Bu mövzuya yalnız Həsən Ruhaninin prezident seçilməsiylə son qoyuldu. Çünki keçmiş prezident Mahmud Əhmədinejatdan fərqli olaraq Həsən Ruhani Amerika ilə ümumi dil tapa bildi. Ona görə də Qərb dünyası, o cümlədən Vaşinqton, London və Brüssel mühafizəkar namizədin İranda prezident seçilməsini istəmirlər. Çünki mühafizəkar prezident İranda yenidən nüvə çalışmalarına başlaya bilər. Bu isə Qərb dünyası üçün yeni problem yaradacaq”-deyə Elxan Şahinoğlu qeyd edib.

 

Onun sözlərinə görə, İranda prezident seçkilərində sürprizlər az olmayıb.

 

“İranda müstəqil rəy sorğuları keçirilmədiyinə görə kimin prezident seçiləcəyini proqnozlaşdırmaq çətindir. Məsələn, 1990-cı illərin sonlarında parlamentin keçmiş sədri Natiq Nuri ilə keçmiş mədəniyyət naziri Məhəmməd Xatəmi arasında mübarizə gedirdi. Çoxları deyirdi ki, Natiq Nurini dini lider, İslam Keşikçiləri və ümumilikdə mühafizəkarlar müdafiə edir və ona görə də o prezident seçiləcək. Ancaq nəticə fərqli oldu, çoxlarının gözləmədiyi halda Məhəmməd Xatəmi prezident seçildi və ikinci seçkidə də kürsüsünü qorudu. Doğrudur, onun prezidentliyinin İranda siyasi və iqtisadi islahatları sürətləndirdiyini vurğulamaq çətindir. Bu mənada may ayındakı seçkidə də prezidentin kimin seçiləcəyini proqnozlaşdırmaq çətindir. Vəziyyət qəfil dəyişə bilər.

 

Belə fikirlər var ki, İran əhalisi islahatların dərinləşməsini istəyir, əhalinin əksər hissəsi də gəncdir və onlar yenilikdə maraqlıdırlar. Yəni bu məntiqdən çıxış edərək Həsən Ruhaninin öz kürsüsünü qoruyacağı proqnozlaşdırılır. Ancaq yenə də keçmiş illərdə olduğu kimi bu proqnoz da səhv çıxa bilər. İranda qərarı iki əsas mərkəz – ali dini lider və İslam Keşikçilərinin generalları verirlər. Bu iki qüvvə mühafizəkar olsa da, bəzən prezident kürsüsünü şərti adı liberallar olan kəsimin namizədin nəzarətinə keçməsinə mane olmurlar. Çünki bilirlər ki, prezident hər istədiyini həyata keçirə bilməz, dini liderin çızdığı “qırmızı çizgini” aşa bilməz. Mühafizəkar mərkəzlər islahatçı düşüncəli siyasətçinin prezident seçilməsinə ona görə mane olmaya bilərlər ki, Qərblə iqtisadi əməkdaşlıq və sanksiyaların yumşalması prosesi davam etsin”.

 

Politoloq söyləyib ki, Qərb kimi Azərbaycan da İranda şərti adı islahatçı olan kəsimin nümayəndəsinin prezident seçilməsini istəyir.

 

“Məsələn, elə indiki prezident Həsən Ruhaninin vəzifəsinə davam etməsi rəsmi Bakının da maraqlarına cavab verir. Məhz Həsən Ruhaninin dövründə iki ölkə arasındakı əlaqələr inkişaf etdi, iqtisadi-ticarət mübadiləsi artdı, ortaq regional layihələrin icrasına başlanıldı. Bu baxımdan Həsən Ruhani o birilərlə müqayisədə Azərbaycan üçün məqbul namizəddir.

 

Təəssüf ki, Tehran Ermənistan siyasətini dəyişdirmir, əvvəlkitək işğalçı dövlətlə əlaqələrinə davam etdirirlər və bu amil haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur. Ancaq bu siyasəti dəyişmək İran prezidentinin əlində deyil. Bu siyasətin dəyişməsi üçün də ali dini liderin icazəsi lazımdır. Ali dini lider milliyətcə Azərbaycan türküdür və nə qədər mühafizəkar kürsünün sahibi olsa da, milli maraqları arxa plana atmamalıdır. Məsələn, keçən ilin aprel döyüşlərində ali dini liderin Güney Azərbaycandakı təmsilçiləri Cümə namazlarında Azərbaycan dəstək ifadə edən ifadələr işlətdilər. Elə ali dini liderin özü də Qarabağla bağlı Azərbaycana dəstək ifadə edən açıqlama verib. Bütün bunlar ortada varkən milliyətçə azərbaycanlı olan ali dini liderin niyə Ermənistanla da əlaqələrə üstünlük verdiyini anlamaq mümkün deyil.

Azərbaycanın siyasi dairələri və cəmiyyəti İranın ali dini lideri Dağlıq Qarabağla bağlı daha qətiyyətli mövqe gözləyir. Ali dini lider Tehranın Ermənistan siyasətini müəyyənləşdirməsində mühüm rol oynaya bilər. Bu İran-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni vəziyyət yaradar. Bu siyasətin dəyişməsində rəsmi Bakı da fəal ola bilər.

 

Elə etmək lazımdır ki, İranla Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri, regional layihələrin sayı daha çox olsun ki, son nəticədə bu Tehranın Ermənistanla bağlı xarici siyasətinə də təsir etsin. Bu mənada İran-Azərbaycan hökumətlərarası komissiyasının İrandan olan həmsədri Mahmud Vaezinin fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun prezident Həsən Ruhaninin yanında nüfuzu böyükdür. Bu imkandan da istifadə etmək mümkündür”.

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Suriyada İran ordusunun polkovniki öldürüldü
16.12.2017, 01:06

Suriyada İran ordusunun polkovniki öldürüldü

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament
16.12.2017, 00:39

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament

Yanğın bir ailəni evsiz qoydu
16.12.2017, 00:23

Yanğın bir ailəni evsiz qoydu

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi
16.12.2017, 00:11

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır
15.12.2017, 23:54

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır

Ata içki süfrəsində oğlunun qanını tökdü
15.12.2017, 23:41

Ata içki süfrəsində oğlunun qanını tökdü

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq
15.12.2017, 23:24

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq

Neft bir qədər bahalaşdı
15.12.2017, 23:11

Neft bir qədər bahalaşdı

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib
15.12.2017, 22:57

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER
15.12.2017, 22:39

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER

Baş Qərargah rəisləri bir arada
15.12.2017, 22:34

Baş Qərargah rəisləri bir arada

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN
15.12.2017, 22:28

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN

Gələn il birrəqəmli inflyasiya olacaq
15.12.2017, 22:16

Gələn il birrəqəmli inflyasiya olacaq

Əmək kitabçaları tarixə qovuşur - Video
15.12.2017, 22:07

Əmək kitabçaları tarixə qovuşur - Video

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb
15.12.2017, 21:57

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb

İndoneziyada 6,8 bal gücündə zəlzələ
15.12.2017, 21:42

İndoneziyada 6,8 bal gücündə zəlzələ

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı
15.12.2017, 21:31

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı
15.12.2017, 21:20

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib
15.12.2017, 21:06

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb
15.12.2017, 20:52

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

100-CÜ BAHARA DOĞRU . . .
15.12.2017, 20:40

100-CÜ BAHARA DOĞRU . . .

Bu ölkədə vətəndaşların borcları silinəcək
15.12.2017, 20:27

Bu ölkədə vətəndaşların borcları silinəcək

Tramp Putindən kömək gözləyir
15.12.2017, 20:13

Tramp Putindən kömək gözləyir

Ərəb diplomatlar Bakıda universitetdə toplandı
15.12.2017, 20:02

Ərəb diplomatlar Bakıda universitetdə toplandı

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi
15.12.2017, 19:51

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI
15.12.2017, 18:57

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib
15.12.2017, 18:45

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
15.12.2017, 18:37

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır
15.12.2017, 18:32

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Kraliçanın ailəsində toy olacaq
15.12.2017, 18:26

Kraliçanın ailəsində toy olacaq

Sumqayıta 7 milyon manat ayrıldı
15.12.2017, 18:12

Sumqayıta 7 milyon manat ayrıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI
15.12.2017, 18:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI

Oqtay Əsədov deputatları DANLADI   
15.12.2017, 17:57

Oqtay Əsədov deputatları DANLADI  

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib
15.12.2017, 17:52

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi
15.12.2017, 17:52

Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.13%)
Araz Ağalarov (13.4%)
Mübariz Mənsimov (17.3%)
Fərhad Əhmədov(13.8%)
Füzuli Məmmədov(52.5%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.56%)
Digərləri(0.86%)