Modern.az

Rusiyanın yeni ölümcül SİLAHI: “Hədəfi 100 kilometr hündürlükdə vura bilir”

Rusiyanın yeni ölümcül SİLAHI: “Hədəfi 100 kilometr hündürlükdə vura bilir”

24 Aprel 2017, 11:23

Rusiya dünyada analoqu olmayan zenit-raket kompleksinin hazırlandığını bildirir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, S-500 zenit-raket kompleksi 100 kilometr hündürlükdə istənilən hədəfi vura biləcək. Bu barədə “Almaz-Antey” konserinin rəhbəri Pavel Soznikov deyib.

 

“S-500 raketləri bu gün mövcud olmayan, amma yaxın 25 ildə peyda olacaq hədəfləri məhv etməyə hazırdır. Söhbət atmosferin ən üst qatlarından, açıq fəzaya keçən yerlərində hədəflərin məhvindən gedir”.

 

Bu raketlər nəinki ballistik, həm də aerodinamik raketləri, həm də qanadlı raketləri də məhv etmək qabiliyyətinə malikdir. S-500 raketləri 600 kilometr məsafəyə nəzarət edir və eyni zamanda 10 hədəfi məhv etmək özəlliyinə malikdir.

 

Vüqar İSMAYILOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?