Modern.az

Bulvar İdarəsi də İslam Oyunlarına hazırlaşır - Qiymətlərdə problem olmayacaq

Bulvar İdarəsi də İslam Oyunlarına hazırlaşır - Qiymətlərdə problem olmayacaq

24 Aprel 2017, 12:21

Dənizkənarı Bulvar İdarəsi də 12-22 may 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır.

Bu haqda Modern.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

 

N.Məcidov bildirib ki, Dənizkənarı Bulvar İdarəsinin I Avropa Oyunlarından, “Eurovision” yarışmasından böyük təcrübəsi var:

“Əsas məsələ ölkəyə gələn turistlərin, idmançıların, qonaqların razı salınmasıdır. Bu baxımdan Bulvar ərazisində fəaliyyət göstərən kafe və restoranlarda, attraksionlarda, karusellərdə çalışan insanlar xarici dil bilir. Xarici vətəndaş pul mübadiləsi etməyə imkan tapmasa, kafe və restoranlarda quraşdırılan post-terminallardan istifadə edə biləcək. Oyunlar günü isə buna diqqət daha da artırılacaq. Bulvar ərazisində xüsusi uniformalı mühafizəçilərimiz var. Onlar terninqlərdə iştirak edib, kurslara cəlb ediliblər. Mühafizəçilərin arasında rus və ingilis dilini bilənlər çoxdur”.

 

Qurum rəsmisi qeyd edib ki, Bulvar İdarəsi İslam Oyunları Təşkilat Komitəsinə planlaşdırılan işləri həyata keçirmək üçün lazımi dəstək verir:

 

“Bakı İdman Sarayı, Su İdman Sarayı ətrafında həyata keçirilən tədbirlər, hasarlama işlərində yaxından iştirak etmişik. Çünki bu, dövlət əhəmiyyətli tədbirdir”.

 

N.Məcidov deyib ki, Oyunlar günü ərazidə fəaliyyət göstərən polis və təcili yardım gücləndirilmiş rejimdə çalışacaq:

“Təşkilat Komitəsi Səhiyyə Nazirliyinə, Bakı Baş Polis İdarəsinə müraciət edib. Həm şəhər üzrə, həm də bulvarda polis və təcili yardım gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək”.

 

Oyunlar ərəfəsində bulvarda fəaliyyət göstərən kafe və restoranlarda qiymətlərin manipulyasiya edilməsi hallarına gəlincə, İdarə rəsmisi deyib ki, bu, yolverilməzdir:

“Bulvardakı kafe və restoranlarda təqdim edilən menyuda təklif edilən qida və içkilərin qiymətləri də göstərilir. Bu baxımdan kimsə menyunu və qiymətləri dəyişə bilməz. Eləcə də satış köşklərində malların qiyməti yazılıb. Alıcı xarici vətəndaş olsa belə, yazılan qiymətlər əsasında ödənişini müəyyən edə biləcək. Bulvar ərazisində qiymətlərlə bağlı problem yaranmır. Əgər ölkədə müəyyən qədər bahalaşma varsa, bu, bulvardakı satış qiymətlərinə də təsir göstərir. Yəni bulvarda istənilən vaxt qiyməti artırıb-azaltmaq məsələsi yoxdur”.

 

 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər