Modern.az

Hərbi bazaya hücumda ölənlərin sayı 170-i keçdi

Hərbi bazaya hücumda ölənlərin sayı 170-i keçdi

Aktual

24 Aprel 2017, 13:36

Əfqanıstanın şimalında “Taliban” qruplaşmasının hücumu nəticəsində azı 170 əfqan hərbçisi həlak olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəlx vilayətində cümə günü baş verən hücumda ölənlərin sayı 170 nəfəri keçib.

 

Bu hücum 2001-ci ildə ABŞ Əfqanıstana qoşun yeritdikdən sonra qeydə alınan ən yüksək göstəricidir.

 

Qeyd olunur ki, hücumdan dərhal sonra Əfqanıstanın müdafiə naziri və daha 4 korpus komandiri istefaya göndərilib. Ekpsertlər Taliban hərəkatının yaxın aylarda hökumət qoşunlarına qarşı irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdıqlarını yazır.

 

Vüqar İSMAYILOV 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı